Alleqri İngiltərə klubu ilə müqavilə imzaladı

Alleqri İngiltərə klubu ilə müqavilə imzaladı
XƏBƏR 18 Aprel 2014 / 15:20 2208
-  A +

"Milan"ın sabiq baş məşqçisi Massimiliano Alleqri İngiltərə "Tottenhem"i ilə 2+1 illik ilkin müqavilə imzalayıb.

Qol.Az-ın İtaliyanın "Corriere dello Sport" qəzetinə istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis yeni mövsümün əvvəlindən Premyer Liqa təmsilçisini çalışdıracaq. Qəzet yazıb ki, "Tottenhem"in idman direktori Franko Baldini Alleqri ilə görüşərək italiyalı çalışdırıcı ilə müqaviləyə imza atıb.

Qeyd edək ki, "Tottenhem"in hazırkı baş məşqçisi Tim Şervuddur.


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə