Çempionlar Liqasında mübarizəni dayandıran və İspaniya Kral kubokunda "Real"a uduzan "Barselona" klubu böyük təhlükə ilə üz-üzədir.
Qol.Az-ın məlumatına görə, Kataloniya təmsilçisi 6 il sonra yenidən mövsümü titulsuz başa vura bilər.
Çempionlar Liqasında 7 il sonra ilk dəfə yarımfinala yüksələ bilməyən "Barselona" dünən İspaniya kubokunun finalında Madrid "Real"ına məğlub olmaqla titulu əldən verib. Xerardo Martinonun komandasının yalnız La Liqada çempionluq yaşamaq şansı qalır ki, bu da çətin görünür. La Liqanın sonuna 5 tur qalmış həm "Atletiko" (Madrid), həm də "Real" (Madrid) klubları turnir cədvəlində "Barselona"nı qabaqlayırlar.
Öncə Çempionlar Liqasının 1/4 finalında "Atletiko"ya (0:1), ardından La Liqada "Qranada"ya (0:1) və son olaraq dünən İspaniya kubokunun finalındada Madrid "Real"ına uduzan "Barselona" 2003-cü ildən bu yana ilk dəfə ardıcıl 3 görüşdə məğlubiyyətlə üzləşib.
Bir müddət öncə FİFA-nın "Barselona" haqda çıxardığı transfer qadağası qərarı isə komandanın vəziyyətini daha da çətinləşdirir. Bu qərar ləğv edilməyəcəyi təqdirdə qapısında və müdafiəsində ciddi sıxıntı yaşayan "Barselona" növbəti mövsüm heç bir transfer həyata keçirə biməyəcək ki, bu da komandaya əlavə çətinlik yaradacaq.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”