Mançini: "Bu oyunu heç vaxt unutmayacam"

Mançini: "Bu oyunu heç vaxt unutmayacam"
XƏBƏR 17 Aprel 2014 / 11:50 2400
-  A +

"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini Türkiyə kubokunda "Bursaspor"la matçdan sonra açıqlamalar verib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, qalib gəldikləri bu matçın məşqçi karyerasında unudulmaz oyunlardan olduğunu deyib:
 
"Birinci hissədə qapımızdan iki qol buraxsaq da, beş qol vuraraq qalib gəldik. Bu oyunu heç vaxt unutmayacam".

Mançini qarşılaşma ərzində göstərişlərini futbolçulara bir kağıza yazaraq bildirdiyi üçün tənqid olmasına da münasibət bildirib: "İnsanların tənqidi vecimə də deyil. Onlar məni anlaya bilməz".

Qeyd edək ki, Türkiyə kubokunun yarımfinalında səfərdə "Bursaspor"u 5:2 hesabı ilə məğlub edən "Qalatasaray" finala adlayıb.

 


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

topaz banner