Azərbaycan kuboku: "Qəbələ" 8-ci oldu

Azərbaycan kuboku: "Qəbələ" 8-ci oldu
XƏBƏR 17 Aprel 2014 / 11:33 1926
-  A +

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarında yeganə qələbəni “Qəbələ” qazanıb. 

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Xəzər Lənkəran”la görüşən Yuri Syominin komandası böyük hesabla qalib gəlib – 3:0.

Azərbaycan kubokunun 22 illik tarixində indiyədək 7 dəfə yarımfinalda 3 və ya daha çox top fərqi qeydə alınmışdı. “Qəbələ” 8-ci böyükhesablı qələbənin müəllifi olub.

Maraqlıdır ki, sonuncu böyük hesab məhz bu komandanın iştirakı ilə matçda qeydə alınmışdı. 5 il əvvəl əyalət təmsilçisi “İnter”lə ilk oyunda 0:5 hesabı ilə uduzmuşdu.

Ümumilikdə yarımfinaldakı böyükhesablı nəticələrin 3-ü ilk, 5-i cavab oyunlarına təsadüf edib.



1993

1/2 final

İnşaatçı (Bakı) - İnşaatçı (Sabirabad)

1:0, 1:4

1993/94

1/2 final

Qarabağ (Ağdam) - Xəzər (Lənkəran)

3:0, -:+

1995/96

1/2 final

Xəzri (Buzovna) - Qarabağ (Ağdam)

1:0, 0:3

1996/97

1/2 final

Qarabağ (Ağdam) - Kəpəz (Gəncə)

1:0, 0:3   

1998/99

1/2 final

Neftçi (Bakı) - Turan (Tovuz)

0:1, 3:0

2005/06

1/2 final

XəzərLənkəran - Karvan (Yevlax)

1:0, 0:3

2008/09

1/2 final

İnter (Bakı) - Qəbələ

5:0, 0:2

2013/14

1/2 final

Qəbələ - Xəzər Lənkəran

3:0


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

topaz banner