"Kloppu "Mançester Siti" və "Çelsi" istəmişdi"

"Kloppu "Mançester Siti" və "Çelsi" istəmişdi"
XƏBƏR 16 Aprel 2014 / 10:40 1857
-  A +

"Borussiya"nın idman direktoru Hans-Yoahim Vatske klubun baş məşqçisi Yurgen Klopp haqda çıxan iddialara münasibət bildirib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, "Tottenhem"in çalışdırıcıya illik 24 milyon avro qazandıracaq müqavilə təklif etmədiyini söyləyib.

İdman direktoru "Barselona"nın Klopp istədiyi ilə bağlı xəbərləri də təkzib edib: "Bir neçə gün öncə Kataloniya klubu Çempionlar Liqasında favoritlərdən idi. "Barsa" mübarizəni dayandırdıqdan sonra Kloppun İspaniya klubuna gedəcəyini yazdılar".

Vatske onu da qeyd edib ki, ötən yay "Mançester Siti" və "Çelsi" Kloppu istəyib: "Ancaq o, bu təklifləri qəbul etmədi və bizimlə müqaviləni yenilədi".


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu