"Mançester Yunayted"dən ilk transfer

"Mançester Yunayted"dən ilk transfer
XƏBƏR 15 Aprel 2014 / 20:45 4762
-  A +

"Mançester Yunayted" yeni mövsüm üçün ilk transferini edib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, klub "Sportinq"in futbolçusu Vilyam Karvalyo ilə müqavilə imzalayıb. Bunun üçün "MY" Portuqaliya təmsilçisinə 35 milyon funt sterlinq ödəyib. İngiltərə klubunun mövsümün sonuna qədər bu transferi rəsmən açıqlayacağı gözlənilir.

Qeyd edək ki, V.Karvalyo bu mövsüm liqada 25 matçda iştirak edib və 4 qol vurub.


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq