"Qarabağ" "Simurq"la oyuna itkisiz hazırlaşır

"Qarabağ" "Simurq"la oyuna itkisiz hazırlaşır
XƏBƏR 15 Aprel 2014 / 18:00 1523
-  A +

Topaz Premyer Liqanın lideri olan "Qarabağ" klubu XXXI turda baş tutacaq "Simurq"la oyunun hazırlıqlarına start verib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Rəvan" üzərində qələbədən sonra (5:1) komandaya 2 günlük istirahət vermişdi.
 
Bu gün yenidən yığışan komanda günün yeganə çalışması üçün Suraxanı qəsəbə stadionunda yollanıb. "Qarabağ"ın məşqi 16:30-da start götürüb.
Komandanın heyətində cəzalı və zədəlilərin olmaması texniki heyəti sevindirir. "Qarabağ" daha 2 gün Bakıda məşq etdikdən sonra Zaqatalaya yollanacaq.

Qeyd edək ki, "Simurq" - "Qarabağ" oyunu aprelin 20-də, saat 17:00-da Zaqatala şəhər stadionunda keçiriləcək.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq