Dünyanın aparıcı kişi baxım brendi olan “Gillette”, Formula1 tarixinin ən nüfuzlu və müvəffəqiyyətli komandalarından biri olan “McLaren Mercedes” ilə əməkdaşlığı genişləndirir. İki brend, Dəqiqlik Texnikasına yönəldilmiş bir marketinq kampaniyası həyata keçirmək məqsədi ilə çox illik əməkdaşlıq müqaviləsi uzadmışdılar.
Tərəfdaşlıq Avropa, Yaxın Şərq və Afrikanı əhatə edir. İnnovasiya və dəqiqlik texnikası ənənəsini bölüşən “Gillette” və “McLaren”, iki brendin texnologiyanın hüdudlarını necə sınadığını vurğulayan yeni, həyacan verici bir marketinq kampaniyası üçün bir araya gəlir. Kişi təraş sinfi bu əməkdaşlıqla birlikdə yeni bir mərhələyə qədəm qoyur.
“Gillette” və “McLaren” əsas kişi baxımı və yüksək texnologiya mütəxəssisləri olaraq daha yüksək dəqiqliyə və gücləndirilmiş səmərəliliyə nail olmaq üçün daimi yeniliklər edir. Yüksək dəqiqlik texnologiyası və qələbə şövqü hər iki brendin DNT-sində dərindən yazılmışdır. “Gillette” və “McLaren” mühəndis incəliyində liderlik edir – işığın dalğa uzunluğundan daha incə ülgüclər və ya insan saçının bir hissəsi qədər incə dözümlülüyü olan maşın hissələri yaratmaqda özünü əks etdirməsindən asılı olmayaraq.
“Gillette” müasir təraş erasında özünə yer tutmuşdur və təraş sinfini 110 ildir ki, daimi yenidən icad edir. “McLaren” Formula 1-də ilk karbon fiber şassisinə öncülük etmişdir və on illər ərzində trekdə öncü nailiyyətlərin əldə olunmasına gətirib çıxaran inkişaf etmiş elektron sistemlərini təqdim etmişdir.
Bu ən yaxşını əldə etmə şövqü, TV, Rəqəmsal, PR və mağaza daxili proqramları izləyən və müasir rabitə vasitələrinə malik milyonlarca kişiyə çatmaq və onları ruhlandırmaq məqsədi daşıyan qabaqcıl idman marketinq kampaniyası vasitəsilə daha da gücləndiriləcəkdir. McLaren Mercedes F1 sürücüləri Jenson Button və Kevin Magnussen, kişilərin Formula 1 sevdasını cəlb edəcək və “Gillette” baxım təcrübəsindən və üstün texnologiyasından günbəgün həzz alan milyonlarca insanı həyəcanlandıracaqlar.
“McLaren Mercedes” Yarışlar Direktoru Eric Boullier dedi: “McLaren Mercedes” və “Gillette” arasındakı yeni tərəfdaşlığı elan edə bildiyim üçün çox həyəcanlıyam. “Gillette” innvoasiya və dəqiqlik texnikası ilə sinonimlik təşkil edir. “McLaren” olaraq dünyanı diz çökdürən fəaliyyətimizi həyata keçirərkən, bunlar bizim əziz tutduğumuz dəyərlərdir. “Gillette” kimi ləyaqətli bir dünya brendinin “McLaren Mercedes” ilə beynəlxalq tərəfdaşlıqda iştirak etməyə qərar verməsi faktı da brendimizin gücünü və bütün dünyada milyonlarca ehtiraslı avto-idman azarkeşlərinə yetmək bacarığını göstərir.”
“Gillette” kişilərin ən yaxşı hissləri keçirməsi və ən yaxşı olması üzrə zəngin irsə malikdir. Biz təraşda mükəmməlliyin tərəfdarıyıq. Biz bu dəyərləri “McLaren Mercedes”-dən daha çox bölüşən heç bir tərəfdaş təsəvvür etmirik” deyə “Gillette”-in Avropa, Yaxın Şərq və Afrika üzrə Vitse-Prezidenti Hossam Ashour bildirib. “40 ildən artıqdır ki, “McLaren” üstün texnika və yüksək səmərəlilik üçün yeniliklər etməkdə davam edir. Bu fakt, onların təraşda dəqiqliyin əhəmiyyətinə olan inamımızı nümayiş etdirməyimiz nöqteyi-nəzərindən ideal tərəfdaş olduğunu deməyə əsas verir.”
“Gillette” öz Rəsmi Tərəfdaşı “McLaren Mercedes” kimi öz yeniliklərinin hər birini qüsursuz və təfərrüatla həyata keçirir; məhsulları mikroskopik ülgüc dəqiqliyi ilə hazırlayır və emal edir. Bu həmin dəqiqlikdir ki, dünya üzrə 800 milyon kişini fərqləndirir; onların ən yaxşı görünməsini, hiss etməsini və fəaliyyət göstərməsini təmin edir. “Gillette”, illərin bu çaplı texnoloji və məhsul innovasiyası ilə ən inkişaf etmiş ülgücünü – təraş dəqiqliyində və səmərəliliyində həqiqi irəliləyiş olan “Gillette Fusion ProGlide”-ı – yaratdı.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”