"Rəvan” klubu Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunu çərçivəsində "Neftçi”nin qonağı olacaq.
Qol.Az-ın məlumatına görə, aprelin 16-da "Bakcell Arena”da baş tutacaq duel ərəfəsində komandanın kapitanı Novruz Məmmədov və təcrübəli futbolçusu Ramazan Abbasov klubun rəsmi saytına fikirlərini bölüşüb.
N.Məmmədov: "Oyuna ciddi hazırlaşırıq, bizi nə qədər çətin sınağın gözlədiyinin fərqindəyik. "Rəvan” tarixində ilk dəfə yarımfinala yüksəlib. Bunun davamını gətirmək istəyirik. Məqsədimiz ilk görüşdən sərfəli nəticə ilə ayrılmaqdır. Səfərdə qol buraxmamaq çox önəmlidir. Meydanın hər qarışı uğrunda mübarizə aparmalıyıq. Ad-san baxımından rəqib favorit ola bilər, lakin qələbə istək və əzmkarlıq hesabına əldə olunur”.
R.Abbasov: "Yarımfinalda zəif və güclü komanda anlayışı olmur. "Rəvan” kuboku qazanmağa layiq 4 klubdan biridir. Finala çıxmaq öz əlimizdədir. Aydın məsələdir ki, hamımızın arzusu Azərbaycan kubokunu qazanıb, Avropa Liqasına düşməkdir. Rəqibimiz son 3 mövsümün çempionudur, tarixi olan bir klubdur. Lakin indiki halda hər iki komandanın şansları bərabərdir. Düşünürəm ki, ilk görüşdən çox şey asılıdır. Səfərdə qol vurmaq üçün əlimizdən gələni etməliyik”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”