Millimiz üç yoldaşlıq oyunu keçirib

Millimiz üç yoldaşlıq oyunu keçirib
XƏBƏR 15 Aprel 2014 / 11:22 1711
-  A +

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Belarusun Mozır şəhərində təlim-məşq toplanışı təşkil olunub.
 
Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, toplanış çərçivəsində millimiz 3 yoldaşlıq oyunu keçirib.
 
Belarus yığmasına qarşı keçirilmiş ilk oyun 5:2 hesabı ilə yerli komandanın xeyrinə yekunlaşıb. Millimizin qollarını Sabir Allahquliyev və Orxan Məmmədov vurub. Bu komandalar arasında növbəti qarşılaşma isə heç-heçə yekunlaşıb - 3:3. Belarus yığmasının qapısından topları Zeynal Zeynalov, Amid Nəzərov və Sabir Allahquliyev keçirib. Millimizin toplanışda son rəqibi Belarusun ARZ komandası olub. Komandamız Sabir Allahquliyev, Asif Zeynalov, Zeynal Zeynalov və Hikmət Bağırovun vurduğu qollar sayəsində bu oyunda 4:2 hesabı ilə qələbə qazanıb.

Daha çox


Son xəbərlər
topaz banner