Rəvan” klubu aprelin 16-da Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunu çərçivəsində "Neftçi”nin qonağı olacaq.
Qol.Az-ın məlumatına görə, görüş ərəfəsində klubun idman direktoru Füzuli Əliyev fikirlərini bölüşüb.
O, klubun rəsmi sayatına açıqlamasında qarşılaşmanın "Rəvan” üçün əhəmiyyətinə diqqət çəkib, Azərbaycan kuboku qazanaraq, yeni bir səhifə açmaq istədiklərini bildirib: "Azərbaycan kubokunun yarımfinalında olmaq bizim üçün uğur sayılır. Klub yarandığı gündən bəri belə bir nəticə əldə etməmişdi. Lakin aydın məsələdir ki, bununla qane ola bilmərik. Finala yüksəlmək, həmçinin qalib olmaq şansımız var. Avrokuboka vəsiqə qazanmaqla, klubumuzun tarixində yeni bir səhifə aça bilərik. "Rəvan”, mövsümün əvvəlindəki "Rəvan” deyil. Düzdür, sonuncu turda "Qarabağ”a 1:5 hesabı ilə uduzduq. Ancaq "Xəzər Lənkəran”, AZAL üzərində qələbələrimizi, ölkə kubokunun 1/4 final mərhələsində "Bakı”nı mübarizədən kənarlaşdırmağımız doğru yolda olduğumuzu göstərdi. Artıq bu gün bütün rəqiblər bizimlə hesablaşırlar. Yeni baş məşqçimiz Güvənç Kurtarın işi hiss olunmaqdadır. Əlbəttə, müəyyən çatışmazlıqlar var və biz onları həll etmək üçün çalışırıq. Əminliklə söyləyə bilərəm ki, komandamız növbəti mövsümdə Premyer Liqada da uğurlu çıxış edəcək, mükafatçılar sırasına düşmək üçün mübarizə aparacaq. Çünki nəticə əldə etmək üçün rəhbərlik bizə hər cür şərait yaradıb və dəstək olub”.
Klubun idman direktoru rəqib barədə xoş sözlər söyləyib: "Neftçi” ilə oyuna ciddi hazırlaşırıq. Təbii ki, rəqibimiz güclü və təqdimata ehtiyacı olmayan komandadır. Onların heyətlə bağlı bəzi problemlərinin olmasını bizim üçün üstünlük saymıram. Çünki "Neftçi”də yaxşı futbolçular cəmləşib, zədəli və ya cəzalıları əvəzləmək üçün əllərində yaxşı material var. Rəqibimizə hörmətlə yanaşırıq. Hər iki komandaya uğurlar arzulayıram. İstəyimiz budur ki, dostluq şəraitində keçən gözəl bir oyun olsun və izləyənlər həzz alsınlar”.
"Rəvan” klubunun sponsoru olan Nurgün Şirkətlər Qrupu bu il 20 illik yubileyini qeyd edir. Bu məqama diqqət çəkən F.Əliyev bunları söyləyib: "Öncə klubun rəhbərliyinə, eləcə də, oyunlarda bizə dəstək olan şirkətin işçilərinə təşəkkür edirəm. "Neftçi” ilə oyunlarda uğur qazanıb, qələbəni onlara hədiyyə etmək istəyirik”.
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
Rüfətin komandası uduzdu
“Sabah” “Araz-Naxçıvan”ı belə məğlub etdi - Video
“Biz də qələbə qazanmaq istəyirik” - Yuri Maksimov
"Sabah" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
“Turan Tovuz”un qələbəsindən - Video
Berdiyevdən Məmmədovun şərhinə cavab: “Bu, onun fikridir”
“Ən azı bir xal qazanmağa layiq idik” - Azər Məmmədov
Toralın komandası heç-heçə etdi
Bərdədə vurulan 2 qol - Video
2-ci liqada 13-cü tura start verildi
"Sabah" - "Araz-Naxçıvan": Heyətlər
“Bavariya”da Musiala ilə bağlı narazılıq artır
Ölkə çempionu aşağı liqaya düşdü
Tyaqo Silva “Fluminense” ilə müqaviləsini uzatdı
"Turan Tovuz" - "Kəpəz": Heyətlər
İngiltərə klubları "Mançester Siti"yə qarşı birləşdilər
Qvardiola “Barselona”ya qayıtmayacaq
“Ayxan müəllim bizə bu barədə məlumat vermişdi”
Rafa Mirin həbs cəzası azaldıldı
Ronaldo: "Getdiyim hər yerdə əsl qatillər var idi"
Krivotsyukun komandasından məğlubiyyət
“Neftçi”nin legioneri: “Qış çempionluğu hədəfimizdir”
Mbappe ilə müqavilə uzadıldı
Messi və komandasından MLS-ə erkən vida
“Çelsi”dən ardıcıl üçüncü məğlubiyyət
“Səbail” - “Şimal” matçında 7 qol - Video
Cəlal oynadı, komandası uduzdu
Superliqada 13-cü tura start verildi
“Xankəndi”dən səfər qələbəsi - Video
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər