Rəşad Sadıqov mükafatına qovuşdu

Rəşad Sadıqov mükafatına qovuşdu
XƏBƏR 14 Aprel 2014 / 15:51 2468
-  A +

30-cu turun “Qarabağ” -  “Rəvan” oyunundan öncə ağdamlıların kapitanı Rəşad Sadıqova kubok verilib.

Qol.Az-ın məlumatına görə, televiziya vasitəsi ilə yayımlanmayan görüşün start fitindən əvvəl “Futbol+”in redaktoru Kənan Həsənov  rəmzi mükafatı müdafiəçiyə təqdim edib.
 
Qəzetin ənənəvi sorğusuna əsasən 2013-cü ilin ən yaxşı futbolçusu seçilən Sadıqovun rəmzi mükafatının sahibinə gec çatdırılması da səbəbsiz deyil. Kapitanın zədə üzündən əksər matçların start heyətində yer almaması hər şeyin “Rəvan”la oyuna qalmasını şərtləndirib.

Daha çox


Son xəbərlər
topaz banner