“Qarabağ”ın qapıçısı İbrahim Şehiçin “quru” seriyası qırılıb.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Topaz Premyer Liqasında ardıcıl 5 matçda qol buraxmayan Bosniya və Herseqovinalı 30-cu turun “Rəvan”la qarşılaşmasında rəqib zərbəsi qarşısında aciz qalıb. 5:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisinin qolkiperi 68-ci dəqiqədə Tyaqo de Souzanın qoluna məyus olub.
Sonuncu dəfə 24-cü turun “Neftçi” ilə oyununda qol buraxan qapıçının seriyası 525-ci dəqiqədə qırılıb. Bunadək Şehiçin qapısına qol vuran son futbolçu həmin görüşün 83-cü dəqiqəsində fərqlənən Mirhüseyn Seyidov olmuşdu. Ardınca “Bakı”, “İnter”, “Sumqayıt”, “Qəbələ” və AZAL-la qarşılaşmalarda top buraxmayan legioner bununla da mövsümün 2-ci nəticəsinə imza atıb. Son matçda qolu buraxdığı vaxtadək hesabına əlavə etdiyi dəqiqələrlə “Simurq”lu Pavel Kapsanı keçən Şehiç yalnız “Qarabağ”dakı əvəzləyicisi Fərhad Vəliyevdən geri qalıb.
1. Fərhad Vəliyev (“Qarabağ”) – 554
2. İbrahim Şehiç (“Qarabağ”) - 525
3. Pavel Kapsa (“Simurq”)– 505
4. Kamran Ağayev (“Bakı”) – 360
5-6. David Pietrzkieviç (“Qəbələ”), Pavel Kapsa (“Simurq”) – 335
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama