Muslera: "Biz də insanıq"

Muslera: "Biz də insanıq"
XƏBƏR 13 Aprel 2014 / 12:10 3256
-  A +

Türkiyə superliqasının son turunda "Sivasspor"a məğlub olan "Qalatasaray"ın qapıçısı Fernando Muslera matçın ardından görüş haqda açıqlama verib. Komandasının son uğursuzluqlarından danışan uruqvaylı qolkiper azarkeşlərə səslənib:

"Təəssüf ki, qələbə qazana bilmədik. Həm klubumuza, həm də azarkeşlərimizə mesaj göndərmək istəyirəm. Futbolda yaxşı və pis anlar olur. Hazırda yaxşı futbol oynaya bilmirik. Hər zaman çempionluğa oynayan bir komandayıq. Biz də məğlub olmaq istəmirik, biz də insanıq.

Qeyd edək ki, son oyunlarda xal itkiləri ilə üzləşən "Qalatasaray" "Sivasspor"a 1:2 hesabı ilə məğlub olub.

Daha çox


Son xəbərlər
topaz banner