Çixradze: "Sevincimiz uzun çəkmədi"

Çixradze: "Sevincimiz uzun çəkmədi"
XƏBƏR 12 Aprel 2014 / 17:56 1480
-  A +

Topaz Premyer Liqanın 30-cu turu çərçivəsində səfərdə "Sumqayıt"la 1:1 bərabərə qalan "Simurq" klubunun baş məşqçisi Georgi Çixradze oyunla bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, gürcüstanlı mütəxəssis oyunun ağır keçdiyini bildirib:

"Oyun ağır keçdi. İkinci hissədə qol vursaq da, sevincimiz uzun çəkmədi. Rəqib hesabı bərabərləşdirdikdən sonra bir neçə təhlükəli qol epizodu yaratdıq, lakin bunlardan istifadə edə bilmədik”.

Daha çox


Son xəbərlər
topaz banner