"Barselona"dan FİFA-ya rəsmi etiraz

"Barselona"dan FİFA-ya rəsmi etiraz
XƏBƏR 12 Aprel 2014 / 15:47 2850
-  A +

İspaniya “Barselona”sı 2015-ci ilin yayınadək kluba transfer qadağası qoyan FİFA-ya etiraz edib.

Lent.az-ın məlumatına görə, Kataloniya klubu 100 səhifədən artıq sənədi ali futbol qurumun ünvanına faksla göndərib.

FİFA “Barsa”nı aprelin əvvəllərində cəzalandırıb. Səbəb kimi 2009 – 2013-cü illərdə 18 yaşadək əcnəbi futbolçularla müqavilə bağlama qaydalarının pozulması göstərilib. Habelə, Kataloniya təmsilçisi 450 min İsveçrə frankı məbləğində cərimələnib və kluba vəziyyəti düzəltmək üçün 3 ay vaxt verilib

Son xəbərlər