"Atletiko"nun prezidenti: "Şanslar bərabərdir"

"Atletiko"nun prezidenti: "Şanslar bərabərdir"
XƏBƏR 11 Aprel 2014 / 21:58 1885
-  A +

"Şansların bərabər olacağı yarımfinal oyunları olacaq. "Çelsi" ilə matçlar bizim üçün çox çətin keçəcək".

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Atletiko"nun prezidenti Enrike Serezo Çempionlar Liqasının yarımfinalının püşkündə "Çelsi"ilə düşmələrini dəyərləndirərkən deyib.

Püşkdən məmnun qaldığını bildirən klub prezidenti "Atletiko"nun finala yüksəlməyə çalışacağını söyləyib:

"Hər zamankı oyun üslubumuzu bu matçlarda da görəcəksiniz. Azərkeşlərimizi sevindirmək  üçün finala adımızı yazdırmağa çalışacağıq".


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq