"Qalatasaray"a sərt cəza

"Qalatasaray"a sərt cəza
XƏBƏR 10 Aprel 2014 / 19:41 3274
-  A +

Türkiyə Futbol Federasiyası (TFF) "Qalatasaray"ı cəzalandırıb.

Qol.Az-ın TFF-nin saytına istinadən yaydığı xəbərə görə, Türkiyə superliqasının 28-ci turunda "Qalatasaray"ın "Fənərbaxça"nı qəbul etdiyi matçda meydan sahiblərinin azarkeşləri xoşagəlməz şüarlar səsləndirib. Bu cür hərəkətlər bir mövsümdə dördüncü dəfə təkrarlandığı üçün "Cim-Bom" bir oyun azarkeşsiz oynamaq və 80 min türk lirəsi ilə cəzalandırılıb.

Qeyd edək ki, sözügedən qarşılaşmada "Qalatasaray" 1:0 hesabı ilə qələbə qazanmışdı.


Son xəbərlər
topaz banner