Sadıq Sadıqov yeni idman direktoru ilə görüşdü

Sadıq Sadıqov yeni idman direktoru ilə görüşdü
XƏBƏR 10 Aprel 2014 / 18:01 1972
-  A +

“Neftçi” klubunun prezidenti Sadıq Sadıqov komandaya uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün idman direktoru vəzifəsinə təyin edilmiş Yan Versleyeni qəbul edib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə hollandiyalı mütəxəssis “Neftçi”dəki gələcək fəaliyyət planı ilə bağlı klub prezidentinə məlumat verib.
 
Sadıq Sadıqov “Neftçi”də gənc yerli futbolçulara hər zaman böyük önəm verildiyini, uşaq və yeniyetmə futbolunun inkişafında Yan Versleyenin təcrübəsinin faydalı ola biləcəyini vurğulayaraq mütəxəssisə gələcək fəaliyyətində uğurlar arzulayıb.
 
Qeyd edək ki, hollandiyalı mütəxəssis “Neftçi”nin aşağı yaş qrupu üzrə komandalarının oyunlarını izləyib.

Son xəbərlər
topaz banner