AFFA tərəfindən "Rəvan”nın uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün idman direktoru təyin edilən Peter Neuştadterin klubun saytına müsahibə verib. Qol.Az müsahibəni təqdim edir.
- Azərbaycana gəlişinizin təfərrüatını bilmək maraqlı olardı. AFFA ilə əməkdaşlığa başlamağınız necə alındı?
- Almaniya Futbol Federasiyasında çalışan tanışımın vasitəçiliyi sayəsində buradayam. Onun köməyi ilə Azərbaycanın 21 yaşadək gənclərdən ibarət yığmasına rəhbərlik edən həmyerlim Bernard Lippertlə görüşdüm və o, mənə burada çalışmağı təklif etdi. Bildirdi ki, Azərbaycanda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün idman direktorlarına ehtiyac var. Mənim qismətimə "Rəvan” düşdü. Beləliklə, 2 illik müqaviləyə qol çəkdim.
- Almaniyalı olsanız da, Qırğızıstanda doğulmusunuz, Qazaxıstan millisinin şərəfini qorumusunuz, Rusiya, Ukrayna kimi ölkələrdə futbol oynamasınız. Lakin məşqçilik karyeranız yalnız Almaniya ilə bağlıdır...
- Əslində Azərbaycan mənim üçün yad ölkə deyil. Həyatımın böyük hissəsi SSRİ ilə bağlıdır. Orada doğulmuşam, oynamışam, lakin məşqçi kimi Almaniyada çalışmışam. Rusiyanın "Zenit”, Vladiqafqaz "Spartak”ında, Ukraynanın "Dnepr”, "Tavriya”, Qazaxıstanın "Kayrat”, Almaniyanın "Çemnitser”, "Maynts” klublarında çıxış etmişəm. 2005-2010-cu illərdə "Maynts”ın ikinci komandasının baş məşqçisi olmuşam. 2012-ci ildən isə Almaniyanın Cənub-Qərb Regional Liqasında mübarizə aparan "Tus Koblents”ə rəhbərlik edirdim. Həmçinin bu klubun idman direktoru idim.
- İndiyə qədər Azərbaycanda olmuşdunuz?
- Bəli. 30 il öncə bura gəlmişdim. "Zenit”in əvəzedici komandası ilə Sumqayıtda oynamışdıq. Lakin düzünü deyim ki, Azərbaycan futbolu ilə bağlı elə çox məlumatım yox idi. Berti Foqts millinizin baş məşqçisi təyin olunandan sonra maraqlanmağa başlamışam.
- AFFA qarşınıza hansı tələbləri qoyub?
- Azərbaycana, "Rəvan”a faydalı olmaq üçün buradayam. Uşaq və yeniyetmə futbolçuların inkişafı üçün öz təcrübəmi sizin məşqçilərlə bölüşməliyəm. Əsas məqsədimiz buradakı futbolu Avropa səviyyəsinə qaldırmaqdır. Düşünürəm ki, bizdə alınacaq. Çünki burada bir çox müsbət şeylər gördüm. Artıq xeyli iş görmüsünüz. "Rəvan”ın yaxın günlərdə istifadəyə veriləcək bazasını çox bəyəndim. Klub uşaq futbolunun inkişafı üçün gözəl şərait yaradıb ki, bu da işimizi daha da asanlaşdırır. "Rəvan” klubunda çalışacağımdan məmnunam və əminəm ki, işimizin bəhrəsini görəcəyik. Rus dilini bilməyim həm mənim, həm də klub üçün əlavə üstünlükdür.
- Uşaq və yeniyetmə futbolçularla işləyən məşqçi olmağınız ailənizdən də yan keçməyib. Oğullarınız yolunuzu davam etdirirlər...
- Elədir, hər iki oğlum futbola bağlıdır. Yəqin ki, birini yaxşı tanıyırsınız – Roman Neuştadter. O, "Şalke 04” klubunun əsas heyət üzvüdür və Almaniya millisinin şərəfini qoruyur. Digər oğlum isə "Tus Koblents”də yanımda idi, indi Amerikaya getməyi düşünür.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”