"Atletiko"nun qapıçısı "Çelsi"yə qarşı oynaya bilməz

"Atletiko"nun qapıçısı "Çelsi"yə qarşı oynaya bilməz
XƏBƏR 10 Aprel 2014 / 12:30 3322
-  A +

“Atletiko”nun qapıçısı Tibo Kurtua Çempionlar Liqasında İngiltərənin “Çelsi” klubuna qarşı oynaya bilməz. Lent.az-ın məlumatına görə, bu barədə “Atletiko”nun prezidenti Enrike Serezo “Marca”ya açıqlama verib.
 
O müqavilə ilə “Çelsi”yə məxsus olan belçikalı qolkiperin artıq 3 ildir Madrid komandasında icarə əsasında çıxış etdiyini xatırladıb. İcarə müqaviləsində isə göstərilib ki, yarımfinal və ya finalda bu komandalar üz-üzə gəlsə, Kurtua “Atletiko”ya yalnız 6 milyon avro qarşılığında kömək edə bilər. Həmin məbləğ isə “zadəganlar”a ödənilməlidir.
 
Serezo deyib: “Biz “Çelsi”yə rəqib olsaq, Kurtuasız keçinmək zorunda qalacağıq. Çünki 6 milyon avronu xərcləməyi sadəcə, özümüzə münasib saymarıq”.
 
Qeyd edək ki, Çempionlar Liqasının yarımfinalına “Atletiko” və “Çelsi”dən əlavə, “Real"la “Bavariya” da yüksəlib. Püşkatma mərasimi aprelin 11-də olacaq.

Son xəbərlər