Samuel Eto'О yenidən İtaliyaya qayıdır?

Samuel Eto
XƏBƏR 10 Aprel 2014 / 01:28 2324
-  A +

"Çelsi" klubunun hücumçusu Samuel Eto'О mövsümün sonunda yenidən İtaliyaya qayıda bilər.

Qol.Az-ın "Mirror"a istinadən verdiyi məlumata görə, kamerunlu futbolçunun yenidən "İnter"ə qayıdacağı iddia olunur.

Milan təmsilçisi təcrübəli futbolçunun xidmətində maraqlıdır. Danışıqlar müsbət nəticələnərsə, Eto'О yeni mövsümdən "İnter"in şərəfini qoruyacaq. Əks təqdirdə futbolçunun "Malyorka"ya qayıdacağı bildirilir.

Qeyd edək ki, Eto'О 2009-2011-ci illərdə "İnter"in şərəfini qoruyub və keçirdiyi 67 oyunda 33 qola imza atıb.

 


Son xəbərlər