"Qəbələ"də itkilər var

"Qəbələ"də itkilər var
XƏBƏR 9 Aprel 2014 / 18:06 1699
-  A +

"Xəzər Lənkəran"la matçın ardından 1 günlük istirahətə buraxılan "Qəbələ" klubu bazar ertəsindən etibarən növbəti - XXX turun hazırlıqlarına start verib. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Yuri Syominin rəhbərliyi altında doğma məkanda baş tutan hazırlıq prosesinə zədəsi olan Omar Kalabane, İbrahima Niasse və Nikola Valentiç qatılmır.
 
Lorival Assis isə dizindəki ağrılar səbəbindən komandadan ayrı çalışır. Zədəsi ağır olan Nikola Valentiçin aprelin 14-də əməliyyat olunması gözlənilir. "Qəbələ" AZAL-la oyuna zədəlilərdən əlavə daha bir itki ilə çıxacaq. Sarı vərəqə limitini dolduran Lorenzo Ebesilio "təyyarəçilər"lə oyunu buraxacaq.

Xatırladaq ki,  "Qəbələ" - AZAL qarşılaşması aprelin 12-də, saat 15:00-da Qəbələ Şəhər Stadionunda baş tutacaq.

Daha çox


Son xəbərlər
26.03.26  17:39

Arteta, Hau, Moyes…

topaz banner