Droqbadan bir ilk

Droqbadan bir ilk
XƏBƏR 8 Aprel 2014 / 20:56 3133
-  A +

"Qalatasaray"ın hücumçusu Didye Droqba futbolçu karyerasında bir ilkə imza atıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Fildişi sahilli hücumçu dünən "Fənərbaxça" ilə matçda ilk dəfə olaraq iynələrlə ağrılarını azaldaraq meydana çıxıb.  Təcrübəli oyunçu zədəli olmasına baxmayaraq, qarşılaşmadan əvvəl "Cim-Bom"un baş məşqçisi Roberto Mançiniyə bu matçda oynamaq istədiyini bildirib. Droqba iynələrin köməyi ilə derbidə iştirak edib.

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Son xəbərlər
20.07.26  20:29

Kevin Kiqan vəfat etdi

topaz banner