Syomin: "Möcüzə birdən baş vermir"

Syomin: "Möcüzə birdən baş vermir"
ÖLKƏ FUTBOLU 9 Mart 2014 / 16:30 3482
-  A +

“Bu cür gərgin oyunlarda bəsit səhvlərə çox yol veririk. Hesabda geri düşdükdən sonra isə oyunu bərabərləşdirməyə çalışırıq. Daha zəif komandalarla oyunlarda bu alınır, “Neftçi” və “Qarabağ” kimi güclü rəqiblərlə isə alınmır".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin "Neftçi" ilə oyundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.

Rusiyalı çalışdırıcı komandasının son dövrlər uğursuz çıxışları haqda danışıb. O, "Qəbələ"nin qış fasiləsindən sonra zəif çıxış etməsində ümumi problemlərin olduğunu bildirib: "Turnir cədvəlində yüksək yerlərdəyik, yeni transferlərin komandaya uyğunlaşması üçün vaxt lazımdır. Möcüzə birdən baş vermir, səbrli olmaq lazımdır. Etibarımı itirmək kimi qorxum yoxdur. Komandanın keçən və bu mövsümdə hansı mövqelərdə olduğunu müqayisə edin. İrəliləyiş var, ya yox?”

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır