Milli komandamızın və “Qarabağ”ın hücumçusu Vaqif Cavadovun Qol.Az saytına müsahibəsi
- Vaqif, “Qarabağ”ın birinci dövrədəki çıxışlarına necə şərh vermək olar?
- Bizim ilk turlarda oyunumuz alınmırdı. Bu da komandada baş verən baş məşqçi dəyişikliyi ilə bağlı idi. Sonlara yaxın isə öz oyunumuzu tapmağa çalışdıq. Nəticədə də qələbələr ardıcıl gəldi. “Xəzər-Lənkəran” ardından da “Karvan” üzərində layiqli mübarizə aparib, üç xalı qazandıq.
- Komandanın turnir cədvəlindəki hazırkı yeri rəhbərliyi narahat edirmi?
- Bugünkü mövqeyimizdən danışmaq istəməzdim. Çünki hər şey qarşıdadır. Necə deyərlər, “cücəni payızda sayarlar”. İkinci dövrədən daha iddialı olmağa çalışacağıq.
- “Qarabağ”ın məqsədi nədir?
- Yalnız və yalnız çempion olmaq. Başqa çıxış yolu yoxdur. Bunun üçün rəhbərlik komandaya səviyyəli futbolçular dəvət edəcək. Bundan əlavə fasilədə təlim-məşqlərə də ciddi fikir verəcəyik.
- İkinci dövrədə komanda istədiyi oyunu göstərə biləcək?
- Çalışacağıq hər oyunda qələbə qazanaq. Bunun üçün matçlara ciddi yanaşacağıq.
- Öz oyunundan necə, razı qaldınmı?
- Buna sizlər yaxşı cavab verə bilərsiniz. Öz oyunuma şərh verməyim düzgün sayılmır. Mütəxəssislərin rəyi daha yaxşı olar.
- Deyilənə görə, komandandan ayrılırsan.
- Yox, bu, yalnış fikirdir. Mənim “Qarabağ”la bir illik müqaviləm var. Məni Ağdam klubundan almaq istəyənlər rəhbərliyə müraciyyət edə bilərlər.
- Yığma komanda barədə nə deyə bilərdiniz?
- Son oyunlara nəzər salmaq istərdim. Bildiyiniz kimi, biz Albaniya ilə heç-heçə etdik. Amma komandamız qələbəyə layiq oyun göstərdi. Belə baxanda biz onlara güzəşdə getdik. Qarşı tərəf isə qorxudan ikinci hissədə meydançaya çıxmaq istəmirdi. Onların bu hərəkəti peşəkarlıqdan kənar bir iş idi. Çünki hakim haqlı olaraq onların oyunçusuna “qırmızı vərəqə” göstərmişdi. Bir də ki, hakim səhv qərar veribsə, biz ona nə edək?
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki