Beynəlxalq Futbol Birliyi Qurumu (İFAB) və FİFA-nın bu gün sayca 128-ci toplantısı keçirilib.
Qol.Az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, iclasda bir sıra məsələlər müzakirə olunub.
İlk olaraq qadın və kişi idmançıların başlarına aksesuarların taxılmasına icazə verilib. Bununla qadın futbolçular başlarını örtərək oyunlara çıxa biləcək.
Toplantı zamanı idmançıların formalarının altında şüarlar və ya şəkillər olan köynəklər geyməsi qadağa olunub. İyunun 1-dən etibarən əgər hər hansı futbolçu bu qaydanı pozarsa, ağır cəzalandırılacaq.
Narıncı vərəqə göstərilməsi ilə bağlı məsələ müsbət həllini tapmayıb.
İclasda rəqibə penalti qazandıran futbolçuya qırmızı vərəqə göstərilməməsi də müzakirəyə çıxarılıb. Ancaq bu qərardan oyunçuların sui-istifadə edə biləcəyi düşünülərək məsələnin növbəti görüşdə yenidən müzakirəsinə qərar verilib.
Bundan başqa hakimlərin işini asanlaşdırmaq üçün video sistemlərin quraşdırılması məsələsinə də toxunulub. Yalnız cərimə xəttində olan epizodların yavaşlaşdırılacağı açıqlanıb.
Mahir Emreli ehtiyatda
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər