Avropanın aparıcı ölkələrinin futbol çempionatlarında mübarizə getdikcə qızışır.
Qol.Az-ın "Sports.ru" saytına istinadən verdiyi məlumata görə, cari mövsümün ən formada olan komandaları bəlli olub.
Belə ki, "Real" (Madrid), "Bavariya", "Yuventus" və "Çelsi" kimi aparıcı komandalar məğlubiyyətsizlik seriyaları ilə diqqət çəkir. Lakin siyahıya Yunanıstan "Olimpiakos" klubu başçılıq edir.
"Olimpiakos" klubu 26 oyundur Superliqada məğlubiyyətin nə olduğunu bilmir. Ötən mövsüm bütün titulları qazanan "Bavariya" klubu siyahıda ikinci olub. Münhen təmsilçisi bu mövsüm Bundesliqada 22 oyundur ki, məğlub olmur. Siyahının üçüncü pilləsində isə Rumıniyanın "Styaua" klubu qərarlaşıb.
1. "Olimpiakos" (Yunanıstan) - 26 oyundur Superliqada məğlub olmur.
2. "Bavariya" (Almaniya) - 22 oyundur Bundesliqada məğlub olmur.
3. "Styaua" (Rumıniya) - 20 oyundur çempionatda məğlub olmur.
4. "Benfika" (Portuqaliya) - 19 oyundur çempionatda məğlub olmur.
5. "Bazel" (İsveçrə) - 17 oyundur çempionatda məğlub olmur.
6. "Yuventus" (İtaliya) - 17 oyundur A Seriyada məğlub olmur.
7. "Sparta" (Çexiya) - 17 oyundur çempionatda məğlub olmur.
8. "Real" (Madrid, İspaniya) - 15 oyundur La Liqada məğlub olmur.
9. "Ayaks" (Hollandiya) - 13 oyundur çempionatda məğlub olmur.
10. "Parma" (İtaliya) - 13 oyundur A Seriyada məğlub olmur.
11. "Çelsi" (İngiltərə) - 12 oyundur Premyer Liqada məğlub olmur.
Mahir Emreli ehtiyatda
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər