"Təəssüf ki, püşkün nəticəsi bizim üçün çox da uğurlu olmadı. Burada güclü komandalar var. İtaliya kimi komanda ilə oynayacağımız üçün çox şadam. Təbii ki, Xorvatiya millisini də böyük komanda saymaq olar".
Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts UEFA-nın rəsmi saytına açıqlamasında deyib.
Almaniyalı mütəxəssis favorit komandaların yığmamızla görüşlərinin çətin keçəcəyinə əmin olduğunu bildirib: "İtaliya və Xorvatiya qarşıdakı dünya çempionatının iştirakçılarıdır. Bu səbəbdən həmin yığmalarla oyunlar Azərbaycanda bayrama çevriləcək. Artıq bizim komandanın da gücləndiyini söyləmək olar. Ötən seçmə mərhələdə biz yalnız üç görüşdə məğlub olduq. Portuqaliya hər iki oyunda və Rusiya ilə səfər matçında meydanı xalsız tərk etdik. Əminəm ki, qrupun favoritlərinə bizimlə oyun asan olmayacaq".
Foqts millimizin qrupu üçüncü pillədə başa vurmaq şansının olduğunu bildirib: "Qrupda üçüncü olmaq yuxu kimi görünə bilər, ancaq futbolda hər şey mümkündür. Proqnoz verməyi xoşlamıram. Nə qədər xal toplayacağımızı deyə bilmərəm. Amma hər matçda yaxşı oynamalı və bütün rəqiblərə qarşı layiqli mübarizə aparmalıyıq. Azərbaycan yığması Almaniya, İngiltərə və İsveçrə kimi sürətli oynamır. Buna görə biz rəqibləri başqa göstəricilərdə təəccübləndirməliyik. Öyrəndiklərimizi meydanda nümayiş etdirsək və konsentrasiyamızı itirməsək, qrupda üçüncü olmaq şansımız var".
Qeyd edək ki, "Avro-2016"nın H qrupunda qərarlaşan millimiz İtaliya, Xorvatiya, Norveç, Bolqarıstan və Malta yığmaları ilə mübarizə aparacaq.
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir
Azərbaycanın basketbol millisinin rəqibləri açıqlandı
Azərbaycan millisi Türkiyə yığması ilə birgə
Eddi Hau büdcə məhdudiyyətinə görə "Nyukasl"dan ayrıla bilər
Foden "Bavariya"nın radarında
"Milan" hücumçu transfer etdi
Mbappe basketbolçu olmaq istədi, NBA-dan bu cavabı aldı
AÇ: Azərbaycan millisinin oyunlarının vaxtı açıqlandı
Azərbaycan çempionatına yekun vuruldu
“D Liqasını bizim milliyə yaraşdırmıram" - Aydın Bayramov
Son 7 oyunun hamısında qələbə qazanıblar
Ronaldo Kazemironu inandırdı