Türkiyə Superliqasında 22-ci turun oyunları davam edir.
Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.
Səfərdə "Qaziantepspor"un qonağı olan "Akhisar Bələdiyyəspor" rəqibi ilə 1:1 bərabərə qalıb. "Erciyesspor" klubu isə doğma meydanda "Karabükspor"a 2:1 hesabı ilə qalib gəlib.
Turun mərkəzi qarşılaşması İstanbulda baş tutub. Burada "Qalatasaray" və "Beşiktaş" komandaları üz-üzə gəlib. Səlcuk İnanın matçın 38-ci dəqiqəsində penaltidən vurduğu qol "Qalatasaray"a minimal hesablı qələbə qazandırıb - 1:0.
Qeyd edək ki, Superliqada 22-ci tura sabah axşam keçiriləcək "Elazığspor" - "Fənərbaxça" oyunu ilə yekun vurulacaq.
22 fevral
Türkiyə Superliqası, 22-ci tur
"Qaziantepspor" - "Akhisar Bələdiyyəspor" - 1:1
Qollar: Demirok, 59 (0:1), Tosun, 78 (1:1)
"Erciyesspor" - "Karabükspor" - 2:1
Qollar: M.Yıldırım, 67 (1:0), Öztekin, 71 (2:0), Akça, 76 (2:1)
"Qalatasaray" - "Beşiktaş" - 1:0
Qol: S.İnan, 38-pen (1:0)
23 fevral
"Kasımpaşa" - "Sivaspor"
"Gənclərbirliyi" - "Konyaspor"
"Antalyaspor" - "Eskişehirspor"
"Trabzonspor" - "Kayserispor"
24 fevral
"Elazığspor" - "Fənərbaxça"
21 fevral
"Bursaspor" - "Rizespor" - 2:0
Qollar: Fernando, 24 (1:0), Oboabona, 67-avtoqol (2:0)
| 1. | Fənərbaxça | 21 | 15 | 2 | 4 | 47 |
| 2. | Qalatasaray | 22 | 12 | 8 | 2 | 44 |
| 3. | Beşiktaş | 22 | 12 | 6 | 4 | 42 |
| 4. | Sivasspor | 21 | 11 | 3 | 7 | 36 |
| 5. | Karabükspor | 22 | 9 | 7 | 6 | 34 |
| 6. | Akhisar Bələdiyyəspor | 22 | 9 | 5 | 8 | 32 |
| 7. | Eskişehirspor | 21 | 9 | 4 | 8 | 31 |
| 8. | Bursaspor | 22 | 8 | 7 | 7 | 31 |
| 9. | Kasımpaşa | 21 | 8 | 6 | 7 | 30 |
| 10. | Trabzonspor | 21 | 8 | 6 | 7 | 30 |
| 11. | Konyaspor | 21 | 8 | 2 | 11 | 26 |
| 12. | Qaziantepspor | 22 | 7 | 5 | 10 | 26 |
| 13. | Gənclərbirliyi | 21 | 7 | 3 | 11 | 24 |
| 14. | Antalyaspor | 21 | 5 | 8 | 8 | 23 |
| 15. | Elazığspor | 21 | 7 | 1 | 13 | 22 |
| 16. | Rizespor | 22 | 5 | 6 | 11 | 21 |
| 17. | Erciyesspor | 22 | 5 | 4 | 13 | 19 |
| 18. | Kayserispor | 21 | 3 | 7 | 11 | 16 |
Mahir Emreli ehtiyatda
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər