Əfqan Talıbov: "Qarabağ"ın əsas rəqibi "Bakı" olacaq"

Əfqan Talıbov: "Qarabağ"ın əsas rəqibi "Bakı" olacaq"
ÖLKƏ FUTBOLU 20 Fevral 2014 / 17:00 3216
-  A +

"Qış fasiləsində sonra müəyyən klublarda stabillik yaranıb. "Qarabağ", "Qəbələ" və "Neftçi" kimi komandalar məğlub olsalar da, "Bakı" və "İnter" ardıcıl dörd oyunda uduzmayıb. Ona görə də bu komandaların III dövrəyə daha yaxşı başladığını dmək olar".

Qol.Az saytına açıqlamasında bu  sözləri "Turan" klubunun sabiq baş məşqçisi Əfqan Talıbov deyib.

Hazırda işsiz olan mütəxəssis Topaz Premyer Liqanın son turunun oyunları və çempionatın gedişi haqda danışıb.

"Rəvan" - "Qarabağ" görüşü haqda onu deyə bilərəm ki, bir komandanın oyunu oldu. Meydanda yalnız "Qarabağa" var idi. Əvvəlcədən də belə olacağı gözlənilirdi.

"Bakı" "Xəzər Lənkəran"ı səfərdə məğlub etməklə bir daha göstərdi ki, Avroliqaya çıxmaq şansı çoxdur. Bəlkə də bu komanda çempionluğa doğru gedir. Çünki növbəti turda da "Bakı" qalib gəlsə, əsas rəqiblərindən olan "İnter"dən aralanacaq. Bundan sonra paytaxt klubu "Qarabağ"la çempionluq uğrunda mübarizəyə qoşulacaq və onun əsas rəqibi olacaq. "Simurq"u Zaqatalada, "Xəzər Lənkəran"ı Lənkəranda məğlub etmək asan iş deyil. Bu, "Bakı"nın gələcək oyunları üçün böyük üstünlük yaradır. 

Paytaxt derbisinə gəldikdə isə "Neftçi"nin heyətində cəzalı futbolçuların olması komandanın oyununa böyük təsir göstərir. "Neftçi" hər oyunda qol buraxır. Müdafiədən hücuma keçməkdə çətinlik çəkir. Məncə, bu problemlər yaxın vaxtlarda düzələcək. Çünki "Neftçi"də güc hiss olunur. Komandanın 4-cü pilləyə düşməsi müvəqqətidir. Hələ yerlər çox dəyişiləcək.

"Qəbələ"dən tam fərqli oyun gözləyirdim. Sanki oyunçular həddindən artıq çox qaçıblar. Yəni komanda çətinliklə qalib gəlir. Komanda şəklində oyun nümayiş etdirmirlər. Xətlər arası əlaqələr  qaydasında deyil. Hücumçular yaxşı formadadır. Ancaq orta xətdə də gərək aktivlik olsun.

Ə.Talıbov  hazırda çempionatın ən gərgin mərhələsi olduğunu bildirib, komandaların çempionluq şanslarını dəyərləndirib: "Çempionatın oyunları elə gedir ki, ola bilər 2 turdan sonra "Bakı" lider olsun. "Sumqayıt" və "Rəvan"dan başqa digər klubların hamısının yüksək yerləri tutmaq şansı var. Üçüncü dövrənin qarşıdakı beş oyununda xal ehtiyatını artırmayan komanda hər şeydən əlini üzməlidir. Ona görə də bu dövrədəki qarşılaşmaların hamısını həlledici adlandırmaq olar. Qarşıdakı oyunlarda heç bir komanda asan təslim olmayacaq. Bu da liderlər qrupunda olan komandaların büdrəməsi ilə nəticələnə bilər. Hesab etmirəm ki, "Neftçi"nin liderdən 6 xal geri qalması nəyinsə göstəricisidir. Ancaq "Nefçi" yenə itkilərlə üzləşsə, çempionluqdan əlini üzə bilər. Futbol səhvlər üzərində qurulmuş oyundur. Hansı komanda bu səhvlərdən düzgün istifadə etsə, irəli gedəcək. Baxın, "Neftçi"nin futbolçuları qapıçı ilə təkbətək çıxsa da,  qol vura bilmir. Ancaq "Qarabağ"ın futbolçusu Leroy Corc əlinə düşən hər iki imkandan istfadə edib "Rəvan"a qollar vurdu və komandasına qələbə qazandırdı.
Çempionatda 4 komandanın adını çəkə bilərəm. "Bakı" və "İnter" son dövrlərdə güclənməkləri ilə yadda qalır. "Qarabağ"la "Neftçi" isə hərtərəfli gücə malik olan komandadır".

 

Daha çox


Son xəbərlər
topaz banner