“Monako” – “Lans” oyunu Bakıda keçirilə bilər

“Monako” – “Lans” oyunu Bakıda keçirilə bilər
ÖLKƏ FUTBOLU 20 Fevral 2014 / 11:03 3700
-  A +

Martın 26-da Fransa kubokunun 1/4 final mərhələsində baş tutacaq “Monako” – “Lans” oyunu Bakıda keçirilə bilər. Qol.Az-ın xəbərinə görə, bu məsələni “Lans”ın sahibi, “Bakı”nın prezidenti Hafiz Məmmədov Monako knyazı II Albertlə sonuncunun ölkəmizə səfəri zamanı müzakirə edib.

“Bakı” klubunun icraçı direktoru Yaşar Seyidov “Futbol +” qəzetinə açıqlamasında H.Məmmmədovla II Albertin Bakıda görüşdüyünü təsdiqləyib. Onun sözlərinə görə, hər iki şəxs arasında yaxşı münasibətlər var: “Onlar bir müddət əvvəl Fransada da bir araya gəlmişdilər. “Monako” – “Lans” matçının Bakıda keçirilməsi üçün heç bir problem yoxdur. Sadəcə, bununla bağlı Fransa Futbol Federasiyasının rəsmi qərarı olmalıdır”.

Y.Seyidov bildirib ki, yalnız bu qərardan sonra oyun ölkəmizdə keçirilə bilər. Klub rəsmisi həmçinin AFFA-nın matçın Bakıda keçirilməsinə razılıq verməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Fransa kubokunun 1/4 final mərhələsi bir qarşılaşmadan ibarətdir.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq