Syomin: "Daha yaxşı oynaya bilərdik"

Syomin: "Daha yaxşı oynaya bilərdik"
ÖLKƏ FUTBOLU 19 Fevral 2014 / 17:52 2033
-  A +

"İlk dəfədir ki, burada qalib gəlirik. Nəticə çox yaxşıdır, futbolçular oyuna ciddi yanaşmışdılar. Oyunun keyfiyyəti ürəyimcə olmadı, daha yaxşı oynaya bilərdik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ" klubunun baş məşqçisi Yuri Syomin AZAL-la görüşdən (2:1) sonra keçirilən mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis komandasının bundan öncəki görüşdə daha yaxşı oynadığını bildirib: "Bundan öncəki oyunu daha yaxşı oynamışdıq, lakin nəticə hər şeydən önəmlidir. Müdafiədə yaxşı oynadıq, AZAL-a qol imkanı vermədik. Səfərdə oynadığımız üçün özümüz də çox qol imkanı yaratmadıq. Rafael və Kamran bu gün çox yaxşı oynadılar, etimadı doğrultdular, Biz onlara etibar edirik, hər səhvə görə futbolçunu ehtiyata göndərmək olmaz. Meydanda ürəksiz oynayan, can qoymayan futbolçunu əsas heyətdən kənarlaşdıra bilərəm. Hər kəs səhv edə bilər”.

Son xəbərlər