"İnter" klubunun yarımmüdafiəçisi Asif Məmmədovun Qol.Az saytına müsahibəsi
- Zədə səbəbindən "Simurq"la oyunda iştirak edə bilmədin. Hazırda durumun nə yerdədir?
- Hələlik zədəm tam sağalmayıb. Müalicə olunuram. Ayağımın damarında qan yığılıb. Yəni zədəm ciddidir. Həkimlər ən azı iki həftə meydana çıxmamağımı tapşırıb.
- Növbəti oyunu buraxmalı olacaqsan?
- Bəli
- Meydana nə vaxt çıxa bilərsən? Ümumiyyətlə son vaxtlar baş məşqçi sənə az şans verirdi. Zədədən sonra əsas heyətə düşmək sənin üçün çətin olmayacaq?
- Zədəm ayağımın hərəkətdə olan yerindədir. Həkimlər çalışır ki, "Bakı" ilə oyunda komandama kömək edim. "Rəvan"la oyundan sonra baş məşqçi bildirdi ki, hazırlaş, "Simurq"la matçda meydana çıxacaqsan. Lakin elə ilk məşqdəcə zədələndim. Neynəmək olar? Bəxtim gətirmədi. Qismətimdə bu var imiş. Zədədən sonra əsas heyətə düşəcəyimə inanıram.
- Sabah çempionatın növbəti turunda "Neftçi" ilə qarşılaşacaqsınız. Bu görüş hada nə deyə bilərsən?
- "Neftçi" son oyunda məğlub olub. Buna görə bizimlə qarşılaşmada məğlubiyyəti unutdurmaq üçün çox çalışacaqlar. Səfərdə oynayacağımızı da nəzərə alsaq, bizi çətin matç gözlədiyini demək olar. Ancaq "Neftçi"ni asan oyun gözləmir. Çünki bu qarşılaşmanın əhəmiyyəti bizim üçün böyükdür. Belə ki, qalib gəlsək, çempionluq şansımız daha da artacaq. Futbolçularımız hamısı yaxşı formadadır. Üçüncü dövrənin hər üç oyununda qalib gəlmişik. Çalışacağıq ki, "Neftçi" ilə qarşılaşmada da uğurlu seriyamızı davam etdirək.
- Bunun üçün şasnınızı necə görürsən? Nəzərə alaq ki, rəqibin bir neçə aparıcı futbolçusu cəzalı durumdadır.
- "Neftçi" kimi komandalarda əsasə və ya ikinci heyət arasında ciddi fərq olmur. Rəqibimizin "Bakı" ilə oyununu izləmişəm. Deməzdim ki, "Neftçi" pis oynadı. Əksinə daha çox qol imkanları oldu. Bu fürsətlərin birindən istifadə etsəydilər, hesab tam fərqli ola bilərdi. Ona görə də heç kim düşünməsin ki, "Neftçi" bizimlə oyuna ciddi itki ilə çıxacaq. Arxayınlaşmamalıyıq, meydana çıxıb bütün gücümüzü sərf etməliyik. Çünki qarşımıza böyük hədəflər qoymuşuq.
- Yadındadırsa, mövsümün əvvəlində səninlə "İnter"in "qara zolaq"dan çıxa bilməməsini müzakirə edirdik.
- Yadımdadır. Həmin vaxtlarda da deyirdim ki, hələ maraqlı oyunlar qarşıdadır. Allaha şükür ki, son turlarda inamlı qələbələr qazandıq və mövqeyimizi yaxşılaşdırdıq. Demək olmaz ki, hazırda ən yaxşı formadayıq. Yenidən aşağı pillələrə düşə bilərik. Yenə də deyirəm ki, hər şey qabaqdadır.
- Altı oyun ardıcıl məğlub olan "İnter" yenidən çempionluq üçün mübarizə aparır?
- Hər il olduğu kimi qarşımıza çempionluq və kuboku qazanmaq məqsədi qoyulub. Yəni maksimum nəticə üçün alışırıq. Çempion olmaq üçün şansımız var. Niyə bu şansdan istifadə etməyək? Liderlə aramızda altı xa fərqi var. Bunu aradan qaldırmaq çətin deyil. Bu mövsüm bəzən autsayderlər sırasında da olmuşuq. Ancaq gördüyünüz kimi sabah ikinci pilləyə yüksəlmək şansımız var.
- "İnter"dən yuxarı pillələrdə "Qəbələ", "Neftçi" və "Qarabağ" kimi komandalar yerləşib. Bu rəqibləri üstələyə biləcəyinizi düşünürsən?
- Tək qeyd etdiyiniz komandalar yox, hər bir rəqiblə mübarizə çox çətinləşib. Təsəvvür edin ki, sonuncu pillələrdə qərarlaşan "Rəvan"ın azlıqda olmasına baxmayaraq, görüşün son saniyələrində qələbə qolunu vuraraq bu komandaya qalib gəldik. Bu, bir daha onu göstərdi ki, çempionatda asan komanda yoxdur.
Ramiq AĞAMƏMMƏDOV
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”
Montelladan DÇ-2026 açıqlaması
Braziliya Xorvatiyaya qalib gəldi
Messi onlara da qol vurdu - 902 oldu
Tarixin ən uğursuz İtaliya millisi
DÇ-2026-nın bütün iştirakçıları müəyyənləşdi
Ərdoğan millini təbrik etdi
Millətlər Liqası: Lüksemburq və Latviya C Liqasında qaldılar
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər