Pantiç: "Qoy, "Xəzər Lənkəran" bizim haqda düşünsün"

Pantiç: "Qoy, "Xəzər Lənkəran" bizim haqda düşünsün"
ÖLKƏ FUTBOLU 18 Fevral 2014 / 14:51 3234
-  A +

"Bundan çətin oyun görmürəm. Çünki “Xəzər Lənkəran” ardıcıl 3 tur rəqiblərindən xal qoparmağı bacarıb. Özü də güclü komandalara qarşı çıxış edib. Biz də 3 oyundur yenilmirik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı"nın baş məşqçisi Milinko Pantiç klubun rəsmi saytına açıqlamasında deyib.

Serbiyalı mütəxəssis sıx qrafiklə oynamağın komandası üçün əlavə yük olduğunu bildirib: "Sıx qrafiklə “Neftçi” və “Xəzər Lənkəran”la görüşmək özü də əlavə bir yükdür. Mən də istəyərəm ki, sabah bir qədər aşağı pillələrdə qərarlaşan komanda ilə üz-üzə gələk. Təəssüf ki, bu, indi mümkün deyil. Qış fasiləsindən sonra “Bakı”nın 3, “Xəzər Lənkəran”ın isə 2 qələbəsi varsa, rəqib bizim haqda düşünməlidir”.

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner