Qurban Qurbanov: "AZAL çempionatın ən çətin komandasıdır"

Qurban Qurbanov: "AZAL çempionatın ən çətin komandasıdır"
ÖLKƏ FUTBOLU 15 Fevral 2014 / 20:14 3714
-  A +

“Həm ağır, həm də maraqlı oyun oldu. Bizim üçün AZAL çempionatın ən çətin komandasıdır. Oyunun sonuna kimi rəqibə oynamağa imkan vermirlər. Çox qol epizodu yaratdıq, amma istifadə edə bilmədik. Buna görə də matçın sonlarında biraz gərginlik oldu. Azarkeşlər sona kimi bizə yaxşı dəstək oldu".

Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 21-ci turunda AZAL-la oyundan (2:1) sonra deyib.

O bildirib ki, komandada müəyyən çatışmazlıqlar var: "Bunları aradan qaldırmalıyıq. Bu oyun futbolçulara daha diqqətli olmaları üçün bir işarə oldu”.

Daha çox


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner