Növbəti mövsümdən Topaz Premyer Liqa və Azərbaycan kubokunun oyunlarında klublarımızın iki 21 yaşlı futbolçusunun meydanda olması hazırda müzakirə olunur. Növbəti mövsüm üçün nəzərdə tutulan bu reqlament klublar tərəfindən birmənalı qarşılanmır.
Qol.Az saytına açıqlamasında "Bakı"nın icraçı direktoru Yaşar Seyidov gənc futbolçulara üstünlük verilməsinin tərəfdarı olduğunu və təmsil etdiyi klubun bu qərarı alqışladığını deyib.
"Bakı" futbol klubu 2008-ci ildə öz akademiyasını qurub və kifayət qədər gənc futbolçularımız var ki, çempionatda yüksək səviyyədə oyunlar keçirsinlər. Bunun nəticəsidir ki, baş məşqçimiz Milinko Pantiç daim heyətdə gənc, yerli futbolçulara şans verir. "Bakı" klubunun prezidenti Hafiz Məmmədov futbol akademiyasını qurarkən qarşıya məqsəd qoyub ki, gələcəyin milli komandasını formalaşdıraq".
Klub rəsmisi bəzi komandaların 21 yaşlı futbolçu tapmaqda çətinlik çəkdiyinə heyrətləndiyini bildirib. Məhz bu səbəbdən həmin klubların gözlənilən qərara etiraz etməsini düzgün hesab etmədiyini deyib: "Bu qərarla razılaşmayanları heç cür başa düşə bilmirəm. Hər bir klubumuzun U-19 komandası var. Həmin komandaların iştirak ərizəsində 25 futbolçunun adı salınır. Maraqlıdır ki, digər komandalarımız həmin 25 futbolçudan ikisini seçib əsas komandada oynada bilmir. Belə çıxır ki, U-19 komandasında oynayanlar futbolla məşğul deyillər? Ona görə də hər bir klub ciddi düşünməlidir ki, onun ehtiyat bazası olmalıdır. Bu baza isə U-17 və U-19 komandalarıdır. Əgər bu yaş qruplarından olan futbolçular əsas komandanın heyətinə düşə bilməyəcəklərsə, onda U-19 liqası nəyə görə keçirilir? Gənc futbolçulara hər zaman şans verilməlidir.
Bildiyiniz kimi 9 il U-21 komandamızdan əsas yığmamıza futbolçu gəlmədi. Bu da ondan irəli gəlir ki, bir çox məşqçilər köhnə adətlərindən əl çəkmirlər. Yəni futbolçuları lipa edirlər. Ona görə də bu gün U-19 yığmamızda oynayan futbolçuların yaşı çoxdur. Nəticədə bu yaş qrupunda ortaya perespektivli gənc futbolçu çıxa bilmir. Qeyd etdiyim yaşlı, təcrübəli futbolçular onları kölgədə qoyur. Bu səbəbdən əsas milli komandanın baş məşqçisi həmin gənclərə şans vermir. Bütün bunlar perspektivli futbolçuların məhv olmasına gətirib çıxarır. Buna görə gənclərə şans verilməsinin tərəfdarıyıq. Çempionatda oynayacaq iki 21 yaşlı futbolçu əsas milli komandamızın ehtiyat bazası olmalıdır. Yəni ayrı-ayrı adamların fikri ilə yox, futbolun fəlsəsfəsi ilə hərəkət etmək lazımdır".
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"
Qattuzo üzr istədi
Ronaldosuz Portuqaliya ABŞ-ı məğlub etdi
“Qələbəni tənqid ediriksə, məğlub olsaq, nə edərdik?”