Mustafa Dənizli: "Sabah Azərbaycana qayıdıram"

Mustafa Dənizli: "Sabah Azərbaycana qayıdıram"
ÖLKƏ FUTBOLU 3 Fevral 2014 / 20:09 3269
-  A +

"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli səhhəti haqda açıqlama verib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis ağır qrip infeskiyasına yoluxduğu üçün təcili xəstəxanaya aparılması ilə bağlı yayılan iddiaları təkzib edib. Türkiyəyə ambulans təyyarə ilə getmədiyini deyən M.Dənizli bildirib ki, sadəcə  müayinədən keçmək üçün öz ölkəsindədir:

 "Xəbərləri görəndə çox güldüm. Mən Azərbaycandan İstanbula həmişə eyni təyyarə ilə gedirəm.  Gəlmişkən qrip üçün də müalicə olundum. Sabah Azərbaycan qayıdıram. Səhhətim yaxşıdır, istirahət etməyə davam edirəm".

Daha çox


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner