"Qarabağ" "Xəzər Lənkəran"ı düzgün analiz edə bilməyib"

"Qarabağ" "Xəzər Lənkəran"ı düzgün analiz edə bilməyib"
ÖLKƏ FUTBOLU 3 Fevral 2014 / 18:09 3726
-  A +

"Qış təlim-məşq toplanışından sonra komandaların gücü eyni səviyyədə olur. Çünki komandalar toplanış zamanı ancaq yoxlama oyunu keçirirlər. Ona görə də hansı komandanın güclü, hansının zəif olduğunu heç kim analiz edə bilmir".

Qol.Az saytına açıqlamasında bu sözləri "Xəzər Lənkəran" klubunun sabiq baş məşqçisi Yunis Hüseynov deyib.

Təcrübəli mütəxəssis Topaz Premyer Liqanın 19-cu turunda izlədiyi "Qarabağ" - "Xəzər Lənkəran" (0:1) və "Sumqayıt" - "Qəbələ" (0:3) oyunları haqda fikirlərini bildirib:

"Qarabağ" - "Xəzər Lənkəran" oyununda güclü mübarizə getdi. İlk hissədə "Qarabağ" üstün çıxış etdi, çoxlu qol imkanları oldu. Ancaq bundan istifadə edə bilmədi. İkinci hissədə isə "Xəzər Lənkəran" öz oyununu tapa bildi, "Qarabağ"a imkan vermədi ki, top saxlasın. Demək olar ki, ikinci hissədə bərabər səviyyəli oyun izlədik. Ümumilikdə "Qarabağ" üstün olsa da, "Xəzər Lənkəran" qalib gəldi. Bu da ondan irəli gəlir ki, "Qarabağ" "Xəzər Lənkəran"ı düzgün analiz edə bilməyib. Çünki komandalar təlim-məşq toplanışından gəlib. Tək "Qarabağ" və "Xəzər Lənkəran" yox, bütün komandalarımız öz oyununu 3-4 turdan sonra tapacaq.

"Qəbələ"nin "Sumqayıt"a qalib gələcəyinə isə əmin idim. Çünki "Qarabağ"ın xal itirməsindən sonra "Qəbələ" bu şansdan mütləq istifadə edib, liderliyə yüksəlməli idi. Həm də "Sumqayıt"ın hazırlıq dönəmində birinci divizion komandalarına uduzmağı göstərirdi ki, "Qəbələ" aşkar favoritdir. Digər oyunları izləməmişəm".

Yunis Hüseynov klublarımızın transfer fəaliyyətinə də münasibət bildirib. O, deyib ki, bu transfer dönəmində elə də diqqət çəkən transferlər olmayıb: "Qəbələ"nin yen futbolçusu Marat İzmaylovu qeyd etmək olar. Bildiyimə görə, onun 32 yaşı var. Ancaq  vaxtı ilə yaxşı futbolçu olub, "Portu" və Rusiya klublarında çıxış edib. İndi necə çıxış edəcək? Bunu qarşıdakı oyunlardan sonra demək olar. Hazırda futbolçulara adına görə yox, oyununa görə qiymət verilir. Ad artıq keçmişdə qalıb".

Daha çox


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner