"Özüm də bilmədim, necə Azərbaycan millisinin üzvü oldum"

"Özüm də bilmədim, necə Azərbaycan millisinin üzvü oldum"
ÖLKƏ FUTBOLU 10 Yanvar 2014 / 14:58 3857
-  A +

"Fortuna" (Düsseldorf) klubunun türk futbolçusu Tuğrul Erat U-21 millimizin üzvü olması haqda danışıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, Almaniya doğumlu oyunçu türk olmasına baxmayaraq, Azərbaycanın onunla maraqlanmasına çox sevindiyini deyib. 

T.Erat iki həftə ərzində özü də bilmədən ona Azərbaycan vətəndaşlığı verildiyini bildirib:

"Bunun necə baş verdiyini özüm də bilmədim. Mən sadəcə onlara iki şəkil və bir neçə sənəd göndərdim. İki həftə sonra Almaniyada dünyaya gəlmiş türk olmağıma baxmayaraq, azərbaycanlı oldum. Ancaq Azərbaycan haqda heç bir məlumatım yox idi. Heç ora getməmişdim də".

Daha çox


Son xəbərlər
topaz banner