"Bizdə baş məşqçi dəyişikliyi adətə çevrilib"

"Bizdə baş məşqçi dəyişikliyi adətə çevrilib"
ÖLKƏ FUTBOLU 9 Yanvar 2014 / 18:25 2906
-  A +

"Artıq bizim klublarda baş məşqçi dəyişikliyi adət halını alıb. Çox təəssüflənirəm ki, Şahin Diniyevin "Rəvan"dan istefa verməsinin ardından Nazim Süleymanov da "Neftçi"dən getdi".

Qol.Az saytına açıqlamasında bu sözləri "Neftçi" klubunun sabiq baş məşqçisi Arif Əsədov deyib.

"Neftçi" ilə çempionluq yaşamış təcrübəli mütəxəssis sabiq komandasında baş məşqçi kimi çalışmağın çətin olduğunu bildirib: "Biz bu prosesləri qıraqdan izləyirik. Klub daxilində baş verənlərdən tam xəbərdar deyilik. Ancaq bilirik ki, "Neftçi" həmişə çempionluğa oynayan komandadır. Daima iddialı olub və yüksək yerlər üçün mübarizə aparıb. Bu komandada hər hansı bir məğlubiyyət olanda baş məşqçi təzyiq altına düşür. Ardıcıl üç çempion olan komanandaya gələn baş məşqçi elə etməlidir ki, əvvəlki uğurları təkraralaya bilsin. Təəssüfləndirici hallardan biri də odur ki, əcnəbi məşqçilərə daha çox fürsət verilir, yerlilərə isə bu imkan yaradılmır. Bu, yaxşı hal deyil.

A.Əsədov əlav edib ki, "Neftçi"nin yeni heyət formalaşdırmalı və əsasən də gənclərə üstünlük verməlidir: "Neftçi" klubunun prezidenti Sadıq Sadıqov həmişə yerli məşqçilərə üstünlük verib. Yəqin ki, yenə də yerli məşqçilərin üzərində dayanacaqlar. Məncə, "Neftçi" strategiyasını dəyişdirməlidir. Çünki bu komandanın öz yetişdirdiyi gən oyunçuları var. Onsuzda komanda üç il ardıcıl çempion olur. İndi gənc oyunçulara üstünlük verib, yeni heyət qurmaq zamanıdır. Bu, Azərbaycan futboluna daha xeyirli olar. "Neftçi" başqa klublarda olan gənc oyunçularını geri qaytarmalıdır. Bu gün "Neftçi"nin transferə də ehtiyacı yoxdur. Gənc futbolçularla "Neftçi"nin növbəti erasını yaratmaq olar".  

Daha çox


Son xəbərlər
topaz banner