"Çempionatımızın geridə qalan 18 turu ərzində elə də maraqlı oyunun şahidi olmadım. Məncə, builki çempionat ötənilkilərlə müqayisədə zəif keçir".
Qol.Az saytına açıqlamasında bu sözləri "Xəzər Lənkəran" klubunun sabiq baş məşqçisi Yunis Hüseynov deyib.
Təcrübəli mütəxəssis komandalarımızın çıxışını qənaətbəxş saymadağını bildirib. Yalnız iki komandanın inkişafda olduğunu qeyd edib: "Qarabağ" və "Qəbələ" güclənib. Ancaq qalan bütün komandalar eyni səviyyədə qalıb və bəziləri isə daha da zəifləyib. Ona görə də çempionatımızın səviyyəsi artmayıb. Əvvəlki rəqabəti də görmürük. Yadınızdadırsa, bir neçə ilə bundan qabaq daha maraqlı çempiont keçirilirdi. Açığı, çempionatın gedişi xoşuma gəlmir. Ancaq fikrimcə, qış fasiləsindən sonra komandaların çoxu güclənəcək. Ümid edək ki, növbəti dövrədə daha maraqlı oyunların şahidi olacağıq. İnanmıram ki, "Xəzər Lənkəran" yüksək yerlər uğrunda mübarizəyə qoşulmasın. Bundan başqa "Bakı" və "İnter"i də yaddan çıxarmaq olmaz. Demək olar ki, "Rəvan"la "Sumqayıt"dan başqa bütün komandaların medalçılar sırasına düşmək şansı var. Bütün bunlar isə klubların etdiyi transferlərdən asılıdır".
Y.Hüseynov turnir cədvəlinin ilk pillərində yerləşən "Qarabağ" və "Qəbələ"nin uğurlarının səbəbindən danışıb, bu iki komandanın liderlər sırasında qərarlaşmağının fərqli amillərlə bağlı olduğunu vurğulayıb: "Qarabağ" 6 ildir ki, eyni heyətlə oynayır. Hər il 1-2 futbolçu dəyişməklə heyəti qoruyublar. Yəni bu komandanın özəyi var. Əlbəttə ki, "Qarabağ" yaxşı oynamalıdır. "Qəbələ"yə gəldikdə isə bu komanda sırf güclü legionerlərin hesabına irəli gedir. Bu da ona görədir ki, digər komandalarımız zəifləyib. İnanmıram ki, digər komandalar əvvəlki oyununu oynasa, "Qəbələ" bu nəticəni qazanardı. Hərdən görürsən ki, legionerlər can yandırır, qalib gəlmək istəyirlər. Həmin oyunda "Qəbələ" qalib gəlir. Bəzən də legionerlər laqeyd görsənir və komanda yaxşı nəticə əldə etmir. Yəni "Qəbələ" stabil komanda deyil. Komanda yalnız legionerlərin fərdi ustalığı sayəsində bu gün ikinci pillədə qərarlaşıb".
Y.Hüseynov son vaxtlar klublarımızda tez-tez baş məşqçi dəyişikliklərinə də münasibət bildirib: "Heç vaxt istəmərik ki, klublarımızda baş məşqçi istefaları olsun. Əcnəbi məşqçilərin göndərilməsinə etirazım yoxdur. Ancaq yerli məşqçilərimizin istefasına çox pis oluram. Əgər komandaya yerli məşqçi gətirilirsə, klub rəhbərliyi ona hər cür şərait yaratmalıdır. Necə ki, əcnəbilər üçün bütün imkanlar yaradılır, eləcədə yerli mütəxəssislərimiz üçün bunu etməlidirlər. Yəqin ki, istefa verən yerli mütəxəssislərimizə lazım olan şərait yaradılmadığı üçün onlar bu addımı atıb".
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
O gün gəlib çatdı! - "Ölüm-dirim" oyunları başlayır
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı