"Bakı" klubunun yarımmüdafiəçisi Cavid Hüseynovun Qol.Az saytına müsahibəsi
- Başa çatan 2013-cü ili "Bakı" üçün necə dəyərləndirmək olar?
- Düzü, sabit oynamadıq. Turnir cədvəlində tutduğumuz yerə baxanda ürəyimiz sıxılır, kədərlənirik. Heç bir kluba yuxarıdan aşağı baxmaq istəmirəm. Ancaq narahat oluruq. Çünki daha irəlidə olmalıydıq.
- Ötən ili özün üçün uğurlu hesab edə bilərsən?
- Öz çıxışlarımı normal qiymətləndirərdim. Birinci dövrədə bütün oyunlarda start heyətdə meydana çıxdım. Ancaq narahat olduğum məqam odur ki, son oyunlarda ehtiyatda otururdum. Bunu da baş məşqçiyə demişəm. O isə hər şeyin yaxşı olacağına ümid verdi. İnşallah, qış fasiləsindən sonra həmin hallar təkrarlanmaz.
- Türnir cədvəlində liderlər qrupunda olmamağınız nədən irəli gəlir?
- Hər bir komanda öz oyununa görə yerini tutub. Mən demirəm ki, 5-ci pillədə olmamalıydıq. Stabil oynamadığımız üçün bu gün 5-ci pillədə qərarlaşmışıq. Sadəcə istəməzdim ki, bu yerdə olaq. Daha yaxşı pillələrdə olmaq üçün daha çox çalışmalıydıq.
- Bir neçə gündən sonra təlim-məşq toplanışı üçün İspaniyaya yollanacaqsınız. Bu toplanışdan nə gözləyirsiniz?
- Orada "Ateltiko" (Madrid) ilə yoxlama oyunu keçirəcəyimizi bilirəm. Digər rəqiblər mənə məlum deyil. Klub rəhbərliyi komandanın inkişafı üçün belə işlər görür. Bu toplanışdan çox şey gözləyirik. İnanıram ki, təlim-məşq toplanışından sonra komandamız xeyli güclənəcək.
- Vaxtilə "Rəvan"ın yeni baş məşqçisi Güvənc Kurtarın rəhbərlik etdiyi "Adana Dəmirspor"da çıxış etmisən. Türkiyəli mütəxəssis haqda hansı təəssüratların var?
- Onun rəhbərliyi altında 15-20 gün təlim-məşq toplanışında olmuşam. Çempionatın başlamasına bir qalmış isə Güvənc Kurtar istefa verdi. Ona görə də onun rəhbərliyi altında oyuna çıxmadım. Ancaq deyə bilərəm ki, çox intizamlı, işinə tələbkar məşqçidir. Komandanın fiziki hazırlığına çox diqqət yetirir, futbolçulara gərgin məşq keçir. Savadlı mütəxəssisdir. İnanıram ki, "Rəvan"a xeyri dəyəcək.
Ramiq AĞAMƏMMƏDOV
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı