"Sumqayıt" klubunun qapıçısı Anar Nəzirovun Qol.Az saytına müsahibəsi
- Çempionatda yaranan fasilədən necə yararlandın?
- Mən əslən Qax rayonundanam. Qax Azərbaycanın ən gözəl guşələrindən biridir. Ona görə də başqa yerə getməyə ehtiyac duymadım. Onsuz da uzun müddət ailəmizdən kənara qalmalı oluruq. Bu səbəbdən ailəmlə bir yerdə olmağı üstün tutdum. Ailəyə bağlı bir insanam. Başqa ölkələrə getməyi xoşlamıram.
- Ötən il iddalı "Qəbələ" klubundan çempionatın autsayderi "Sumqayıt"a transfer olundun. Bu mənada 2013-cü ili sənin üçün uğursuz saymaq olar?
- Ötən il mənim üçün bundan da yaxşı ola bilərdi. Ancaq hər şeyə şükür etmək, gələcəyə baxmaq lazımdır. Keçən ilin ilk yarısını "Qəbələ"də çıxış etdim. Orada daha böyük uğurlar qazana bilərdim. Bu, alınmadığı üçün "Sumqayıt"a gəldim. "Sumqayıt" isə gənc futbolçulardan ibarətdir. Bu komandanın niyyəti Azərbaycan futboluna oyunçular yetişdirməkdir. Bildiyiniz kimi 4-5 futbolçumuz iddialı klublara getdi. Dediyim kimi bugünkü günə də şükür etməliyəm. Üzərimdə işləyib, daha böyük uğurlara nail ola bilərəm.
- Çıxış etdiyin "Sumqayıt" klubu yüksək yerlər uğrunda deyil, güclülər dəstəsində qalmaq üçün mübarizə aparır. Belə klubda qapıçının uğur qazanmağı çətin görünür.
- Sizinlə tam razıyam. Ancaq reallıq odur ki, mən "Sumqayıt"ın oyunçusuyam. Buradayamsa, öz işimin öhdəsindən gəlməyə çalışmalıyam. Əlbəttə ki, hər bir qapıçı istəyər ki, yaxşı komandada oynasın, titul qazansın. İnanıram ki,özümü doğruldub, iddialı klublara keçə bilərəm.
- Hansısa klubdan təklif almısan?
- Real təkliflərim olub. Türkiyənin "Adana Dəmirspor" klubu ilə danışığımız olmuşdu. Türkiyənin aşağı liqalarında maddi problemlər olduğu üçün hərtərəfli götür-qoy etdik. Hər bir detalı müzakirə edib razılaşmışdıq. Ancaq "Sumqayıt"la müqaviləm olduğu üçün bu transfer alınmadı.
- Yerli klublardan necə, səninlə maraqlanan olub?
- Hərdən hansısa klubdan təklif alırsan və gözləməli olursan. Ancaq sonra bir xəbər çıxmır. Ona görə də bu başdan danışmağı xoşlamıram. Düşünərlər ki, özümü reklam edirəm. Bir neçə dəfə belə hadisə başıma gəldiyi üçün indidən bir söz demək istəmirəm. Müqavilə imzalayacağım tam dəqiqləşdikdən sonra açıqlama versəm daha düzgün olar.
- Yəni "Sumqayıt"dan ayrılacağın dəqiqdir?
- Hələ ki, bu məsələ də 50/50-dir. Getmək ehtimalım da çoxdur, qala da bilərəm. "Sumqayıt"la may ayına qədər müqaviləm var. Bu gün də gedə bilərəm, may ayında da.
Ramiq AĞAMƏMMƏDOV
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı