“Lans”ın prezidenti: “Mayın 16-da biz xoşbəxt olacağıq"

“Lans”ın prezidenti: “Mayın 16-da biz xoşbəxt olacağıq"
ÖLKƏ FUTBOLU 7 Yanvar 2014 / 12:27 3082
-  A +

“Baghlan group”un rəhbəri Hafiz Məmmədovun sahibi olduğu “Lans” klubunun prezidenti Jerve Martel iddialı açıqlama verib.

Qol.Az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, Lans şəhərinin ictimaiyyət nümayəndələri ilə görüşündə o, komandalarının əsas hədəfinin yüksəl liqaya vəsiqə qazanmaq olduğunu və bu işin öhdəsindən gələcəklərinə əminliyini ifadə edib.

“Lans”ın Fransanın ən köklü klublarından olduğuna diqqət çəkən J.Mertel bildirib ki, birinci liqada yarışmaq komandasının haqqıdır: “İnanıram ki, mayın 16-da (Fransa ikinci liqasında son turun oyunlarının keçiriləcəyi gün – red.) biz hamımız xoşbəxt olacağıq, komandamızın birinci liqaya vəsiqə qazanmasını bayram edəcəyik”.

J.Mertel bildirib ki, Hafiz Məmmədov “Lans”ın səhmlərinin böyük hissəsini almaqla komandanı xilas edib: “Hafiz Məmmədov olmasaydı, qarşısına birinci liqaya çıxmaq hədəfi qoyan və buna yaxın olan bugünkü “Lans” da olmazdı. Biz onunla birgə addımlayırıq. Hafiz Məmmədovun “Lans”la bağlı bir çox layihəsi var. Zamanla bunların hamısı gerçəkləşəcək”.

Daha çox


Son xəbərlər
topaz banner