"Qəbələ" sabah Türkiyəyə gedir

"Qəbələ" sabah Türkiyəyə gedir
ÖLKƏ FUTBOLU 4 Yanvar 2014 / 13:28 1505
-  A +

“Qəbələ” sabah - yanvarın 5-də günorta saatlarında təlim-məşq məqsədilə Türkiyənin Antalya şəhərinə yollanacaq.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda toplanış boyunca Bələk bölgəsində yerləşən "Gloria Sereniti" otelində məskunlaşacaq. 

Baş məşqçi Yuri Syomin yanvarın 5-dən 27-dək keçiriləcək hazırlıq prosesinə əvəzedici heyətdən 2 futbolçu cəlb edib. Bunlar müdafiəçi Şirməhəmməd Məmmədov və hücumçu Salman İbrahimovdur.

"Qəbələ" toplanış çərçivəsində yanvarın 10-u, 13-ü, 16-ı, 20-i, 22-i və 25-i tarixlərində ümumilikdə 6 sınaq oyunu keçirəcək. "Qırmızı-qaralar"ın yanvarın 10-u və 25-də qarşılaşacağı kollektivlər dəqiqləşməsə də, digər rəqiblər bəllidir:


13 yanvar - "Qəbələ" - "Tobol" (Qazaxıstan)
16 yanvar - "Konyaspor" (Türkiyə) - "Qəbələ"
20 yanvar - "Qəbələ" - "Spartak" Semipalatinsk (Qazaxıstan)
22 yanvar - "Qəbələ" - "Volqa" (Rusiya)

Daha çox


Son xəbərlər