Şahin Diniyev istefa verdi

Şahin Diniyev istefa verdi
ÖLKƏ FUTBOLU 4 Yanvar 2014 / 00:01 3239
-  A +

"Rəvan" klubu baş məşqçisi Şahin Diniyevlə yolları ayırıb.

Qol.Az saytına açıqlamasında bu barədə klubun mətbuat xidmətinin rəhbəri Elvin Yaqubov məlumat verib.

"Artıq Şahin Diniyev "Rəvan"ın baş məşqçisi deyil. Şahin müəllim istefası ilə bağlı klub rəhəbərliyinə müraciət etdi və istefası qəbul edildi" - deyə klub rəsmisi bildirib.

Boş qalmış baş məşqçi postuna türkiyəli mütəxəssis Güvənc Kurtarın gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, Şahin Diniyev cari mövsüm "Rəvan"la 2.5 illik müqavilə imzalamışdı.

Daha çox


Son xəbərlər