AZAL klubunun nigeriyalı futbolçusu Viktor İqbekoyinin Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın son turunda "Neftçi" ilə görüşdə (2:1) çox ciddi zədə aldın. Hazırda durumun necədir?
- Bəli, çox pis zədə aldım. Həmin oyundan sonra Amerikaya gəldim və ailəmlə görüşdüm. Hazırda xəstəxanadayam, müalicə alıram. Allaha şükür ki, ayağım qırılmadı. Ancaq həkimlər mənim daha çox istirahət etməli və müalicə almalı olduğumu deyirlər.
- Yəni neçə ay yaşıl meydanlardan kənarda qalacaqsan?
- Hələ ki, bu barədə dəqiq bir söz deyə bilməyəcəm. Ancaq ən azı bir ay futbol oynaya bilməyəcəyim dəqiqdir. Bu müddətdə zədəmlə bağlı müalicəni davam etdirməliyəm.
- "Neftçi" ilə görüşdə zədələnsən də, komandan qələbə qazandı. Ancaq qarşı tərəf hakimin idarəçiliyindən narazı qaldı...
- Biz çox yaxşı oyun sərgilədik və layiqli qələbə qazandıq. Hakimlərə gəldikdə isə onların düzgün qərar verdiklərini düşünürəm.
- AZAL-ın bu mövsüm çıxışını necə dəyərləndirirsən ?
- Məncə, AZAL bu mövsüm yaxşı çıxış edir. Qarşıda hələ iki dövrə var. Mən də zədəmi sağaltdıqdan sonra komandanın uğuru üçün əlimdən gələni edəcəyəm. Hazırda AZAL turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. İnşallah, mövsümün sonunda daha da irəliləyərik.
- Komandanın bu mövsüm əsas hədəfi nədir?
- Təbii ki, əsas hədəfimiz Avropa Liqasına vəsiqə qazanmaqdır. Ancaq bu heç də asan olmayacaq.
- Bu yolda əsas rəqib kimi hansı komandaları görürsən?
- Ad çəkmək istəməzdim. Çünki bütün klublar güclüdür və bizə rəqibdir.
- Uzun müddətdir ki, Azərbaycanda top qovursan. Ötən illərlə müqayisədə Azərbaycan futbolunda hansı dəyişikliklərin şahidi olmusan?
- İldən-ilə çempionatın səviyyəsi yaxşılaşır və komandalar güclənir. Bunu turnir cədvəlinə baxdıqda da görmək olar. Komandalar arasında xal fərqi azdır. Demək olar ki, 10 klubun hamısı güclüdür və heyətlərində yaxşı futbolçular çıxış edir.
- Bəs Azərbaycan çempionatında hansı futbolçunu xüsusi fərqləndirərdin?
- Ad çəkmək düzgün olmaz (Gülür).
- Bildiyimizə görə, mövsümün sonunda AZAL-la müqavilən bitəcək. Komandada qalacaqsan, yoxsa yeni təkliflər var?
- Bəli, mövsümün sonunda komandamla müqaviləmin müddəti başa çatacaq. O vaxta qədər bu barədə danışmaq istəmirəm. Qərarımı yayda açıqlayacam.
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı