"Rəvan" klubunun baş məşqçi Şahin Diniyevin Qol.Az saytına müsahibəsi
- Əvvəlcə "Rəvan"ın qış hazırlıq planı haqda məlumat almaq istərdik.
- Yanvarın 5-də komandamız toplanacaq, 9 günlük funksional hazırlıq keçəcəyik. Bu müddət ərzində iki yoldaşlıq oyunu nəzərdə tutmuşuq. Rəqiblər bəlli olmasa da, oyunların yanvar ayının 9-u və 12-də keçiriləcəyi dəqiqdir. Ayın 14-dən 26-na qədər Antalyada təlim məşq toplanışında olacağıq.
- Antalyada neçə yoldaşlıq oyunu nəzərdə tutulub və rəqiblər bəllidirmi?
- Dörd yoldaşlıq oyunu keçirməyi planlaşdırmışıq. Rəqiblər hələlik bəlli deyil. Bunun üçün klub işlər görür. Oyunların tarixini isə müəyyən etmişik.
- Komandada hansı dəyişikliklər gözlənilir?
- Təbii ki, dəyişikliklər olacaq. Əslində hər bir mövqeyə oyunçu almalıyıq. Bunun üçün intensiv işlər gedir. İşlər tamamlanandan sonra klub olaraq qərar verəcəyik.
- Yolları ayıracağınız futbolçuların siyahısı bəllidir?
- Bunun üçün ümumi bir müzakirəyə ehtiyac var. Bütün məsələlərə yanvarın 5-də aydınlıq gələcək.
- Aqil Nəbiyev və Rəşad Abdullayevin icarə müddəti başa çatır. Onlar müqavilə ilə məxsus olduqları "Bakı" klubuna qaydıcaqlar?
- Bütün futbolçularımız üçün qərarı eyni vaxtda verəcəyik. Konkret hansısa futbolçunun üzərində dayanmaq istəmirəm. Niyə Aqil və Rəşad haqda ayrıca danışmalıyıq?
- Bu futbolçular "Rəvan"da icarə əsasında oynayır və artıq klublarına qayıdıb-qayıdmayacaqları bəlli olmalıdır.
- Bizə lazım olan bütün futbolçulara eyni maraq göstəririk Ancaq qeyd etdiyim kimi hələlik onlar haqda da qərar verilməyib.
- Deyəsən, "Bakı"nın baş məşqçisi Milinko Pantiç komandadan öz istəyi ilə göndərdiyi futbolçuların xidmətində maraqlı deyil.
- Biz "Bakı"nın mövqeyini bilmirik. Bu haqda bir söz deyə bilmərəm. Əsas qərarı "Bakı" klubu verməlidir.
Ramiq AĞAMƏMMƏDOV
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı