Milli komandamızın yeni təyin olunmuş məşqçisi Aslan Kərimovun Qol.A saytına müsahibəsi
- Əvvəlcə gec də olsa yeni təyinatınıza görə sizi təbrik edirik.
- Mənim üçün yenilik deyildi. Ancaq yenə də təşəkkür edirəm. Artıq bu ilin mart ayından etibarən milli komandaya kömək edirdim. Çünki millimizin sabiq məşqçisi Nazim Süleymanov tez-tez rəqiblərimizin oyunlarını izləməyə gedirdi. Belə olan hallarda məni köməkçi məşqçi kimi dəvət edirdilər. Nazim Süleymanov "Neftçi"yə baş məşqçi təyin olunanda isə mən millidəki işimi davam etdirməli oldum.
- Berti Foqtsun vəzifəsində qalmasına münasibətinizi bilmək istərdik.
- Sözsüz ki, hamı kimi mən də götür-qoy edirdim. Fikirləşirdim ki, tutaq ki, Foqts getdi, əvəzinə kim gələ bilər? Yeni gələn məşqçinin necə nəticə verəcəyi, nə qədər vaxt istəyəcəyi də sual doğururdu. Yerli məşqçilərə gəldikdə isə subyektiv fikrim budur ki, Qurban Qurbanovdan başqa namizəd yox idi. Ancaq bunun da mənfi və müsbət tərəfləri var idi. Sözsüz ki, Qurban Qurbanov da millimizi çalışdırsaydı, pis olmazdı. Ancaq Qurban müəllim neçə illərdir ki, "Qarabağ"da əziyyət çəkir, komanda qurur. Bu gün həmin işlərini davam etdirir. "Qarabağ"ın çempion olmaq üçün ən real şansı bu mövsümdür. Ona görə də komandanı yarıyolda qoyub getmək düzgün olmazdı. Qurban müəllim özü də qırağa çəkilirdi. Bu səbəbdən ən optimal variant elə Foqtsun qalması idi.
- Məşqçi təyin olunduqdan sonra Foqtsla söhbətiniz olub? Əsas işinizin nədən ibarət olacağı bəllidir?
- İşimin nədən ibarət olacağını təxminən bilirdim. Çünki dediyim kimi, mart ayından indiyədək bir yerdə çalışırq. Hələ ki, təyinatdan sonra söhbətimiz olmayıb. İşimiz sözsüz ki, milli çempionatı diqqətdə saxlamaq, hansısa rəqiblərimizi analiz etmək və komandamızın məşqlərində köməklik göstərməkdən ibarət olacaq.
- Yerli çempionatı münətəzəm izləyirsiz. Milli komandamızın ilk toplanışı üçün Foqtsa hər hansı futbolçuların adını verməyə hazırlaşırsınız?
- Hazırda milli Berti Foqtsa siyahı vermək düz olmazdı. Çünki uzun müddət futbolçular komandalarından ayrı olacaq. Çempionatda fasilədir, hamı dincəlir. Təlim-məşq toplanışından sonra hər bir futbolçu öz formasının itirə və ya yaxşı forma yığa bilər. Ona görə də çempionatın oyunları zamanı futbolçuları nəzərdən keçirəcəyik. Foqtsun özü isə Antalyada olacaq və klublarımızın yoldaşlıq görüşlərini izləyəcək. Ona görə də hələ ki, dediyiniz siyahıya ehtiyac duymuruq.
- Milli komandamızın Dubay toplanışı nə vaxta nəzərdə tutulub?
- Hələ ki, toplanışın tarixi barədə bizə bir söz deməyiblər.
- Foqts Azərbaycana gələn gündən bildirib ki, komandamızı "Avro-2016"nın final mərhələsinə hazırlayır. Millimizin bu çempionatın final mərhələsinə çıxmaq şansını necə görürsünüz?
- Sözsüz ki, Foqtsun qarşısına müəyyən vəzifələr qoyulub. Onların yerinə yetirilməsi üçün Foqts məsuliyyət daşıyır. Ancaq bunu nə dərəcədə bacaracağını dolğun şəkildə demək üçün püşkatmanı gözləməliyik. Təsəvvür edin ki, millimiz İtaliya, İngiltərə, İspaniya ilə bir qrupa düşüb. Belə olan halda böyük iddia ilə çıxış etmək gülünc olardı. Çünki biz futbol ölkəsi olaraq adlarını çəkdiyim ölkələrə çata bilmərik. Uyğun rəqiblər olarsa, niyə də "Avro-2016"-nın final mərhələsinə vəsiqə qazanmayaq? Son seçmə mərhələdəki oyunlarımızla göstərdik ki, İsrail və Şimali İrlandiya kimi ortabab komandalarla oynaya bilərik. Lüksemburq kimi komandanı iki oyunda məğlub edə bilməsək də, buna gücümüz var idi. Buna görə də düşünürəm ki, qrupda ikinci və ya üçüncü yer üçün oynaya bilərik. Əvvəlki illərdə heç ümidimiz yox idi. Fikirləşirdik ki, qrupda sonuncu pillədə olmayaq. Ancaq indi gələcəyə ümidlə baxa bilirik. Keçdiyimiz yol bizə ümid verir. İndi potensialımız daha yaxşıdır.
Ramiq AĞAMƏMMƏDOV
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı
“Arsenal”ın məşqində qeyri-adi tapşırıq - Video
"Napoli" "Milan"a qalib gəldi, "Yuventus"dan qələbə
"Arsenal" "Sportinq"lə oyuna itkilərlə çıxacaq
Hakimi itələsə də, cəzasız qaldı - Video
“Tottenhem” onun stadiona girişinə qadağa qoydu
“Araz Saatlı”nın 7 qollu qələbəsi - Video
Tarixi "poker"dən 16 il keçir
Premyer Liqa klubları onu hədəfə aldı
"Oyun haqda çox danışmağa ehtiyac yoxdur" - Fizuli Məmmədov
“Qarabağ” - “Karvan-Yevlax” oyununda qol yağış kimi yağdı
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı